Tarixi seriya davam edir: Lebron 22-ci dəfə Ulduzlar Matçında

Tarixi seriya davam edir: Lebron 22-ci dəfə Ulduzlar Matçında
02.02.2026 10:11

“Los-Anceles Leykers” klubunun hücumçusu və liderlərindən biri olan Lebron Ceyms 2026-cı il ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) Ulduzlar Matçına seçilməsi ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, o, mövsümün əvvəlində bir sıra oyunları buraxmasından sonra ardıcıl Ulduzlar Matçı seriyasının qırılıb-qırılmayacağı barədə sual cavablandırılıb. 

Lebron bu barədə düşünmədiyini bildirib: 

“Düzünü desəm, bu haqda heç düşünmürdüm. Məqsədim 14 oyunu buraxdıqdan sonra qayıdıb mütləq Ulduzlar Matçına düşmək deyildi. Mən sadəcə meydançaya qayıtmaq və yenidən ən yaxşı oyunumu göstərmək istəyirdim. Əvvəlcə buraxılmış məşqlər və mövsümöncəsi hazırlıqdan sonra yaranan oyun pauzasını aradan qaldırmalı idim. Bu, karyeram ərzində heç vaxt baş verməmişdi. Ona görə də həmin vaxt Ulduzlar Matçı haqda düşünmürdüm. Mənim üçün əsas məsələ öz səviyyəmə qayıtmaq idi”. 

Qeyd edək ki, Lebron Ceymsin 2005-ci ildən davam edən 22 ardıcıl Ulduzlar Matçı seriyası NBA tarixində mütləq rekorddur. O, 22 seçimdən 20-də start beşliyində yer alıb.

Namiq HUN

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 Все новости