Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı

Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı
30.07.2026 10:41

Peru klubu formaya 1000 sponsor yerləşdirərək müflis olmaqdan xilas olub.

TodayPress TV xəbər verir ki, Perunun “Deportivo Municipal” klubu maliyyə böhranından çıxmaq üçün həyata keçirdiyi qeyri-adi layihə sayəsində həm müflis olmaqdan xilas olub, həm də beynəlxalq mükafata layiq görülüb.

Lima təmsilçisi maliyyə problemləri səbəbindən həvəskar liqaya düşdükdən sonra kişi komandasının üçüncü liqada, qadın komandasının isə ikinci divizionda çıxışını davam etdirməsi, həmçinin akademiyanın fəaliyyətini maliyyələşdirmək məqsədilə fərqli kampaniyaya start verib.

Klub ənənəvi formada bir neçə böyük sponsor loqosu yerləşdirmək əvəzinə, formanı 1000 kiçik reklam sahəsinə bölüb. Bu yerləri yerli şirkətlər, kiçik sahibkarlar və hətta azarkeşlər 25-150 avro arasında dəyişən məbləğə əldə edə biliblər.

Sponsorlar bunun qarşılığında sosial şəbəkələrdə reklam, bilet və klub məhsullarına endirim, eləcə də futbolçular vasitəsilə bizneslərini tanıtmaq imkanı qazanıblar.

Nəticədə forma üzərindəki bütün 1000 reklam yeri təxminən üç ay ərzində satılıb. Toplanan vəsait klubun bir illik xərclərini qarşılamağa kifayət edib.

Qeyd edək ki, layihə “McCann Lima” agentliyi ilə birgə hazırlanıb və 2026-cı ildə reklam və kreativ marketinq sahəsinin nüfuzlu “Cannes Lions” festivalının baş mükafatına layiq görülüb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Все новости