Şvartsman yenidən böyük səhnəyə qayıda bilər!

Şvartsman yenidən böyük səhnəyə qayıda bilər!
05.08.2026 13:32

Rusiya-İsrail əsilli pilot Robert Şvartsman 2027-ci il mövsümündə Dünya Dözümlülük Çempionatında (WEC) “Pejo” komandasına keçməyə əsas namizədlərdən biridir.

TodayPress TV xəbər verir ki, bu barədə “Sportscar365” nəşri məlumat yayıb. 

Bildirilir ki, Şvartsman komandadan ayrılması gözlənilən Teo Purşerin yerinə əsas namizəd hesab olunur. Fransalı pilot diqqətini “Formula E”də çıxışlara yönəltmək qərarına gəlib.

Bundan başqa, daha əvvəl yayılan xəbərlərdə Stoffel Vandorn və Malte Yakobsenin də mövsümün sonunda “Pejo”dan ayrılacağı qeyd olunmuşdu. Bu halda komandada “Formula E”də paralel çıxış etməyən yalnız Pol di Resta və Löik Düval qalacaq. Ehtiyat pilot Aleks Kuinn əsas heyətə yüksəlsə belə, komandaya daha bir sürücü lazım olacaq.

Robert Şvartsmanın Hypercar sinfində çıxış təcrübəsi də var. O, 2024-cü ildə “AF Corse” komandasının heyətində “Ferrari 499P” bolidi ilə yarışıb. Daha sonra “IndyCar” seriyasına keçmək üçün İtaliya istehsalçısı ilə yollarını ayırıb. Lakin “Prema Racing” komandasının sahiblik strukturunda baş verən dəyişikliklər və kollektivin “IndyCar”dan ayrılması nəticəsində pilot növbəti mövsüm üçün komandasız qalıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Предупреждение для любителей летней рыбалки: что ждет нарушителей запретов? 15:24 Хикмет Гаджиев: Азербайджан никогда не позволит использовать свою территорию против соседней страны 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 Почему в жару пропадает желание общаться? — Ответ психолога 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Оползень раздавил машины — кто возместит ущерб водителям? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Узбекистан сделал такой шаг... — Центральная Азия выходит из тени Кремля? — КОММЕНТАРИЙ 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 “1990-cı ildə “Ermənistanın Elçibəyi” hakimiyyətə gəlsəydi…” – Akobyandan qəribə iddia 13:08 MVP Branson yeni rekordun sahibinə çevrildi! 13:03 Transfer tamamlandı: Bruno Gimarayes “Arsenal”da! 12:58 Все новости