Sərt toqquşma faciə ilə bitə bilərdi: Fiala zədələndi

Sərt toqquşma faciə ilə bitə bilərdi: Fiala zədələndi
14.02.2026 09:29

XXV Qış Olimpiya Oyunları çərçivəsində keçirilən Kanada – İsveçrə (5:1) matçında ciddi insident yaşanıb. 

TodayPress TV xəbər verir ki, İsveçrə millisinin hücumçusu Kevin Fiala Kanada yığmasının forvardı Tom Uilsonla sərt toqquşmadan sonra buzu təkbaşına tərk edə bilməyib və xərəkdə aparılıb.

Hadisə A qrupunun qarşılaşması zamanı baş verib. Məlumata görə, Fiala zərbədən sonra uzun müddət hərəkətsiz vəziyyətdə qalıb və ayağını tərpədə bilməyib. Xərək meydana gətirilənə qədər o, buz üzərində uzanmış vəziyyətdə olub. Hokkeyçi buzdan çıxarılarkən Kanada millisinin bütün üzvləri də onu yola salmaq üçün meydana çıxıblar.

Qeyd edək ki, 29 yaşlı Kevin Fiala klub səviyyəsində NHL-də “Los-Anceles Kinqz”in heyətində çıxış edir. Onun NHL karyerasında 651 oyunda 488 (211 qol + 277 assist) xalı var. O, İsveçrə millisinin üzvü kimi üç dəfə dünya çempionatının gümüş medalını qazanıb və 2024-cü il mundialında turnirin ən yaxşı oyunçusu seçilib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Все новости