“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı

“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı
02.05.2026 17:45

Peşəkar Çövkən Liqasında altıncı turun oyunları keçirilib. 

TodayPress TV xəbər verir ki, “Şamaxı” komandası “Omar”la oyunda hesabı açsa da üstünlüyünü sonadək qoruya bilməyib. İkinci hissədə vurulan 2 qol “Omar”a 3-1 hesabı ilə qələbə qazandırıb. 

“Elite” - “Zəfər” oyununda ikincilər sona 5 dəqiqə qalmış 3 top fərqi ilə hesabda geri olsalar da, təslim olmayaraq buraxılmış qollardan ikisinin əvəzini çıxa biliblər. Son saniyələrə kimi “Zəfər”in 2-3 hesablı məğlubiyyətdən qaçması üçün şansları olsa da, bundan istifadə edə bilməyib. 

Turun ikinci oyun gününün mərkəzi matçı “Buta qolden” və “Polad” komandaları arasında keçirilib. Oyunun debütü bütalıların üstünlüyü ilə keçsə də, “Polad” epizodlardan birində rəqib qapısına yol taparaq baxımlı qol vurub. İkinci hissədə də oyunun senarisi dəyişməyib. “Buta qolden” hesabı bərabərləşdirmək üçün penalti vuruşu qazansa da, şansını qaçırıb. “Polad” isə qalan dəqiqələr ərzində daha bir dəfə fərqlənərək 2-0 hesablı qələbə qazanıb. 

Digər 2 qarşılaşmada “Embawood” “Atilla”nın qapısından 7 top keçirdiyi turda, “Sərhədçi” “Xəzər”lə oyunda 6 dəfə fərqlənib.

6 turdan sonra “Sərhədçi” 18 xalla liderdir. “Polad” və “Embawood”un aktivində 15 xal var.

“Sərhədçi”dən Vahid Məmmədov, “Embawood”dan isə Elmir Əliyev 12 topla sərrast oyunçular siyahısında liderliyə yüksəliblər.

Çövkən üzrə Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar liqada ay yarımlıq fasilə elan olunub. 

Namiq HUN

TodayPress TV

ФОТО

“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 1
“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 2
“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 3
“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 4
“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 5
“Sərhədçi” fasiləyə Liqa lideri kimi yollandı — 6
ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 Все новости