Şanssız gecə: Flik məğlubiyyətin səbəbini açıqladı

Şanssız gecə: Flik məğlubiyyətin səbəbini açıqladı
19.01.2026 09:08

“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının XX turunda “Real Sosyedad”a qarşı keçirilən oyunda (1:2) qeydə alınan məğlubiyyətlə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Marca nəşri məlumat yayıb. 

Alman mütəxəssis nəticədən məyus olduğunu gizlətməyib:

“Məyusam. Biz yaxşı oyun göstərdik və çoxlu qol imkanları yaratdıq, amma yekun hesab meydandakı oyuna uyğun olmadı. Elə anlar olur ki, hər şeyi düzgün edirsən, amma bəxt sənin tərəfində olmur. Müdafiədə daha etibarlı oynamalı olduğumuz epizodlar var idi, lakin sonda bu futboldur”. 

Görüş zamanı hakim katalonların bir neçə qolunu ləğv edib, onlardan ikisi VAR-a baxıldıqdan sonra qeydə alınmayıb. Matçdan sonra Flik Xesus Hil Mansanonun davranışını tənqid edib:

“Mən La Liqa hakimləri barədə həmişə yaxşı danışıram, burada çox yaxşı hakimlər var. Amma bu biri var… Hamı onun necə biri olduğunu bilir. Frenki dedi ki, hakim təkəbbürlü idi və o haqlı idi. Bu axşam onun nə etdiyini hamı gördü”.

Qeyd edək ki, “Barselona” 20 turdan sonra 49 xalla La Liqa turnir cədvəlinə başçılıq edir. “Real Sosyedad” isə 24 xalla doqquzuncu pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 Все новости