“Real” üçün həyəcan siqnalı - Vinisius ayrılığa hazırdır

“Real” üçün həyəcan siqnalı - Vinisius ayrılığa hazırdır
27.01.2026 09:58

Vinisius “Real”a klubu tərk etməyə hazır olduğunu bildirib. 

TodayPress TV El Nacional nəşrinə istinadən xəbər verir ki, Vinisius Junior “Real” rəhbərliyinə açıq şəkildə çatdırıb ki, əgər müqavilənin uzadılması ilə bağlı məsələ aprel ayına qədər həll olunmasa, o, klubu tərk etməyə hazırdır.

Bildirilir ki, Paris təmsilçisi PSJ, klub prezidenti Nasser Əl-Xəlaifinin rəhbərliyi altında braziliyalı hücumçuya böyük maraq göstərir. Şayiələrə əsasən, Vinisiusu illik təxminən 30 milyon avro maaş gözləyir.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildə 45 milyon avro qarşılığında “Flamenqo”dan “Real” Madridə transfer olunub. Cari mövsümdə “kral klubu”nun heyətində 31 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

Vinisiusun “Real”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalında futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir. 

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Али Асадов встретился с президентом Узбекистана 16:37 Устройство, отслеживающее водителей между радарами, могут внедрить в Азербайджане — МНЕНИЕ 16:25 Ильхам Алиев провел телефонный разговор с премьером Нидерландов 16:13 Франция сыграет с Сенегалом, Аргентина встретится с Алжиром 16:07 Пенсии в регионах будут выплачены к этой дате 15:52 Начался крах Российской империи: Армения проявила неуважение 15:51 AZAL выполнил первый регулярный рейс по маршруту Баку – Шымкент 15:39 Все новости