Qrizmann göz yaşları içində “Atletiko” ilə vidalaşdı!

Qrizmann göz yaşları içində “Atletiko” ilə vidalaşdı!
18.05.2026 09:25

Madrid “Atletiko”sunun hücumçusu Antuan Qrizmann klub azarkeşlərinə emosional vida müraciəti edib və “Barselona”ya keçidinə görə üzr istəyib.

TodayPress TV xəbər verir ki, daha əvvəl 35 yaşlı futbolçunun mövsümün sonunda Madrid təmsilçisindən ayrılaraq MLS təmsilçisi “Orlando Siti” klubunda çıxış edəcəyi açıqlanmışdı.

La Liqanın XXXVII turunda “Atletiko” doğma meydanda “Jirona”nı 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra azarkeşlərə müraciət edən Qrizmann keçmişdə verdiyi qərara görə peşman olduğunu bildirib.

“İlk növbədə burada qaldığınız üçün sizə təşəkkür edirəm. Bunun mənim üçün çox böyük mənası var. Bilirəm ki, azarkeşlərin bir qismi məni hələ də bağışlamayıb. Amma yenidən üzr istəyirəm. Burada mənə nə qədər dəyər verildiyini anlamırdım. Gənc idim, səhv etdim. Sonra qərarımı dəyişdim və geri qayıdaraq həmin emosiyaları yenidən yaşamaq üçün əlimizdən gələni etdik”, – deyə futbolçu bildirib.

Fransalı hücumçu komanda yoldaşlarına, məşqçilər heyətinə və xüsusilə baş məşqçi Dieqo Simeoneyə təşəkkür edib. O, Simeonenin karyerasını dəyişdiyini vurğulayıb.

Qrizmann həyat yoldaşına və atasına da xüsusi təşəkkür edib: 

“Atam 13 yaşımda məni Fransanın müxtəlif bölgələrinə aparırdı ki, peşəkar komandaya düşə bilim. Bu gün burada olmağımı ona borcluyam”.

Qeyd edək ki, Antuan Qrizmann 2014–2019-cu illərdə “Atletiko”da çıxış edib, daha sonra “Barselona” klubuna transfer olunub. O, 2021-ci ildə yenidən Madrid təmsilçisinə qayıdıb. Hücumçu “Atletiko”nun heyətində Avropa Liqası, UEFA Superkuboku və İspaniya Superkubokunun qalibi olub.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Все новости