Qlok Ferstappeni idman əfsanələri ilə müqayisə etdi

Qlok Ferstappeni idman əfsanələri ilə müqayisə etdi
20.05.2026 12:49

Keçmiş “Formula-1” pilotu Timo Qlok dördqat dünya çempionu Maks Ferstappen haqqında yüksək fikirlər səsləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.

Almaniyalı sabiq pilot niderlandlı sürücünü Rafael Nadal, Rocer Federer, Novak Cokoviç və Mixael Şumaxer kimi idman əfsanələri ilə müqayisə edib.

Qlok bildirib ki, Ferstappen “Formula-1”də tətbiq olunan bəzi qaydaları açıq şəkildə tənqid etməkdən çəkinmir:

“Maksa görə döngəni daha yavaş keçib sonda üstünlük qazanmaq “Formula-1”in ruhuna uyğun deyil. O, düşündüyünü hər zaman açıq deyir və məhz bu xüsusiyyət onu fərqləndirir”.

Sabiq pilot Ferstappenin simulyator yarışlarına olan həvəsindən də danışıb. Onun sözlərinə görə, Maks bir neçə il əvvəl İmolada “Formula-1” mərhələsi zamanı gecə saatlarında 24 saatlıq simulyator yarışında iştirak edib və ertəsi gün əsas yarışı qazanıb.

Qlok qeyd edib ki, Ferstappen uğur qazanmaq üçün daim öz üzərində işləyir:

“Bu insanlar - Nadal, Federer, Cokoviç, Şumaxer - hamısı daha yaxşı olmaq üçün inanılmaz zəhmət çəkiblər. Maks da məhz belədir. O, trası daha yaxşı anlamaq üçün minlərlə dövrə simulyatorda sürür”.

Qlok həmçinin bildirilib ki, Ferstappen “Nürburqrinq” trasında lisenziya testləri zamanı hər döngə və hava şəraiti barədə detallı suallar verərək mütəxəssisləri heyrətləndirib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Все новости