Qadınlardan ibarət basketbol millimiz Avropa Kubokunun finalına yüksəldi - YENİLƏNİB
Kosovonun paytaxtı Priştina şəhərində 3x3 basketbol üzrə Avropa Kuboku 2026-nın seçmə mərhələsinin həlledici oyunları baş tutub.
TodayPress TV xəbər verir ki, seçmə mərhələnin final oyununa vəsiqə qazanan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi gərgin final oyunun yekununda İrlandiya yığmasına 21:20 hesabı ilə qalib gəlib.
Bu qələbə sayəsində komandamız Avropa Kuboku 2026-nın final mərhələsinə vəsiqə qazanıb. Turnirin final mərhələsi 11-13 sentyabrda Belçikanın Antverpen şəhərində keçiriləcək.
XXX
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa Kubokunun seçmə mərhələsində yarımfinal oyununa çıxıb.
TodayPress TV-nin məlumatına görə, yığma Kosovo millisi ilə üz-üzə gəlib. Bakı vaxtı ilə 18:00-da start götürən qarşılaşma Azərbaycan yığmasının 21:5 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli finalda İrlandiya - Kipr cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, yığma daha əvvəl Kipr (16:10) və Maltanı (15:14) məğlub edib.