Pirlo qərarı FIGC-də istefa dalğası yarada bilər

Pirlo qərarı FIGC-də istefa dalğası yarada bilər
27.07.2026 10:10

İtaliya Futbol Federasiyasının (FIGC) texniki direktoru Paolo Maldini Andrea Pirlonun milli komandanın baş məşqçisi postuna təyinatı əngəllənəcəyi təqdirdə istefa verə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Bildirilir ki, Maldini FIGC-də vəzifəyə yalnız yeni baş məşqçinin namizədini müstəqil müəyyənləşdirmək şərti ilə razılıq verib. Əgər federasiya rəhbərliyi Andrea Pirlonun namizədliyini rədd etsə, o bunu səlahiyyətlərinin məhdudlaşdırılması kimi qiymətləndirərək istefa məsələsini nəzərdən keçirə bilər.

Maldini daha əvvəl Antonio Konte və Roberto Mançini variantlarını qəbul etməyib. O, Kontenin tez-tez klub dəyişməsini mənfi hal hesab edib, Mançinin isə 2023-cü ildə İtaliya millisindən ayrıldıqdan sonrakı fəaliyyətini kifayət qədər inandırıcı saymayıb.

Mənbəyə əsasən, Xosep Qvardiola ilə danışıqlar nəticəsiz başa çatdıqdan sonra Maldini və federasiyanın müşaviri Leonardo seçimlərini 47 yaşlı Andrea Pirlo üzərində saxlayıblar. Onlar Pirlonun müasir futbol konsepsiyasına uyğun məşqçi olduğunu düşünürlər.

Lakin Pirlonun Rusiya bukmeker şirkətinin qlobal səfiri kimi fəaliyyəti onun təyinatı ətrafında mübahisələr yaradıb. Məşqçi bununla bağlı açıqlama versə də, FIGC prezidenti Covanni Malaqo onun təyinatı prosedurunu müvəqqəti dayandırıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
27 июля 2026
Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO 12:05 Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Azərbaycanın dövlət borcu açıqlandı 11:42 Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı 11:36 Как бывший азербайджанский чиновник может построить здание в Германии за 15 миллионов евро? 11:18 "Qərb mənimlə ərəb olduğum üçün mübarizə apardı, ərəblər isə qadın olduğuma görə" — Zaha Hadid 11:16 Xalq artisti söyüş söydüyünə görə 40 illik həyat yoldaşı olan qadını boşadı 11:04 Pogaçar: Dopinq yoxlamasına supermarketə gedirmiş kimi gedirəm 11:01 Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir 10:58 Война перекинулась на Каспийское море: после Ормузского пролива и Красного моря оружие зазвучало на Каспии 10:56 Şahin Bağırov polkovnikə yüksək VƏZİFƏ VERDİ - FOTO 10:45 Леса очищенного от армян Карабаха пахнут мусором из-за наших граждан — жесткая критика от журналиста 10:43 Azərbaycanlı FIFA referisi UEFA-da oyunu idarə edəcək 10:39 Dana Uayt Makqreqorla bağlı pis xəbəri açıqladı 10:37 Саддам и Хомейни заставили около миллиона азербайджанских тюрков перебить друг друга на фронте — Скрытая сторона истории 10:31 Transfer bombası: “Real” Rodri üçün hərəkətə keçdi 10:25 Количество пыли в Баку и на Абшероне превышает норму 10:23 Все новости