Pirlo ətrafında qalmaqal: Təyinat dayandırıldı

Pirlo ətrafında qalmaqal: Təyinat dayandırıldı
27.07.2026 10:07

İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo Andrea Pirlonun milli komandanın baş məşqçisi postuna təyinatı ilə bağlı prosesi dayandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.

Bildirilir ki, iyulun 27-nə planlaşdırılan təyinatla bağlı görüşlər ləğv edilib və səhər saatlarında tamamlanmalı olan təşkilati proses dayanıb.

Daha əvvəl 47 yaşlı mütəxəssisin İtaliya millisini çalışdırmağa razılıq verdiyi və yaxın günlərdə müqavilə imzalayacağı bildirilirdi. Lakin onun Rusiya ilə işgüzar əlaqələri səbəbindən namizədliyi ilə bağlı əlavə suallar yaranıb.

Andrea Pirlo yaydığı açıqlamada siyasətlə heç bir əlaqəsinin olmadığını, yalnız peşəkar əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini vurğulayıb.

Qeyd edək ki, Pirlo may ayının sonunda Moskvada bukmeker şirkətinin təşkil etdiyi reklam tədbirində iştirak edib. Mütəxəssis həmin şirkətlə rəsmi əməkdaşlıq edir. Bildirilir ki, Pirlo İtaliya millisinin baş məşqçisi vəzifəsinə rəsmən təyin olunacağı halda bu müqaviləyə avtomatik xitam veriləcək. Buna baxmayaraq, FIGC məsələnin bütün detallarını əlavə araşdırmaq qərarına gəlib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
27 июля 2026
Şəhid oğlu Qarabağı, anası isə qızını xilas etdi... 13:00 Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər pul qoyulub? 12:52 41 ildən sonra həbsdən çıxıb generalları rəzil etdi – Fransanı Misirə qatdı 12:43 Temperatur kəskin yüksələcək - SABAHIN HAVASI 12:36 Ferstappendən Macarıstan Qran-prisi ilə bağlı diqqətçəkən açıqlama 12:29 Bakıda jurnalist zibillənmiş çimərlikləri təmizlədi – İctimai yerlər niyə bu hala salınır? 12:12 Xəzərdə batan müstəntiq vəzifəli şəxsin oğlu imiş - FOTO 12:05 Məşhur şairimizin "İslamla Turan qurmaq olmaz" sözləri sosial şəbəkələri qarışdırdı - VİDEO 11:59 BakuBus 1460 azn maaşa qadın sürücü axtarır 11:56 Mədəniyyət naziri kitabxanaçıları attestasiya adı ilə işsiz qoydu – Etibar Əliyev 11:54 Səudiyyə Ərəbistanının ən strateji neft zavodu vuruldu, 48 saatdır söndürmək mümkün olmur - FOTO 11:51 Azərbaycanın dövlət borcu açıqlandı 11:42 Psixoloqlar xoşbəxt olmağa mane olan 7 düşüncə tərzini açıqladı 11:36 Как бывший азербайджанский чиновник может построить здание в Германии за 15 миллионов евро? 11:18 "Qərb mənimlə ərəb olduğum üçün mübarizə apardı, ərəblər isə qadın olduğuma görə" — Zaha Hadid 11:16 Народный артист развелся с женой после 40 лет брака из-за того, что она сквернословила 11:04 Pogaçar: Dopinq yoxlamasına supermarketə gedirmiş kimi gedirəm 11:01 Gənc tennisçi: Ən böyük qorxum özümü məyus etməkdir 10:58 Война перекинулась на Каспийское море: после Ормузского пролива и Красного моря оружие зазвучало на Каспии 10:56 Şahin Bağırov polkovnikə yüksək VƏZİFƏ VERDİ - FOTO 10:45 Леса очищенного от армян Карабаха пахнут мусором из-за наших граждан — жесткая критика от журналиста 10:43 Azərbaycanlı FIFA referisi UEFA-da oyunu idarə edəcək 10:39 Dana Uayt Makqreqorla bağlı pis xəbəri açıqladı 10:37 Саддам и Хомейни заставили около миллиона азербайджанских тюрков перебить друг друга на фронте — Скрытая сторона истории 10:31 Transfer bombası: “Real” Rodri üçün hərəkətə keçdi 10:25 Все новости