Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı

Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı
03.08.2026 11:37

“Qalatasaray”ın forvardının kapitan sarğısını qəbul etməməsi müzakirələrə səbəb olub.

TodayPress TV xəbər verir ki, “Qalatasaray”ın Fransanın “Renn” klubuna qarşı keçirdiyi yoldaşlıq oyununda Viktor Osimhenə təqdim olunan kapitan sarğısını qəbul etməməsi diqqət çəkib.

İstanbul təmsilçisi yeni mövsümə hazırlıq çərçivəsində “RAMS Park” stadionunda “Renn”i qəbul edib. 3:3 hesabı ilə başa çatan qarşılaşmada oyuna kapitan kimi başlayan Əbdülkərim Bardakçı 74-cü dəqiqədə əvəzlənərkən kapitan sarğısını Viktor Osimhenə təqdim edib.

Lakin nigeriyalı hücumçu sarğını qoluna taxmaq əvəzinə komanda yoldaşı Yunus Akgünə verib. Yunus Akgün Osimhenə sarğını taxmağı təklif etsə də, futbolçu bundan imtina edib.

Osimhenin bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Azarkeşlərin bir qismi bunu adi seçim kimi qiymətləndirsə də, digərləri son günlər yayılan transfer iddialarını nəzərə alaraq bu davranışı futbolçunun komandadan ayrılacağına işarə kimi dəyərləndirib.

Qeyd edək ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk daha əvvəl Viktor Osimhenin komandanın kapitanları sırasında yer almasını istədiyini açıqlamışdı.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 августа 2026
ÇL: “Sabah”ın potensial rəqibi bəlli oldu - YENİLƏNDİ 14:11 Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək 14:06 Enerji effektivliyi haqqında qanuna dəyişikliklər təsdiqləndi 13:56 Ильхам Алиев утвердил внедрение автономных транспортных средств в Азербайджане 13:38 Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımını nəzərdə tutan Protokol təsdiqləndi 13:18 Арестованы должностные лица 13:15 Gənc cüdoçularımız Skopyedə uğur üçün tatamiyə çıxacaq 13:10 «Я приехал сюда с клеймом "врага народа"...» — Случайная встреча с Гейдаром Алиевым 13:06 Sabah Azərbaycanda neçə dərəcə isti olacaq? - AÇIQLANDI 12:48 Azərbaycan XİN Pakistana başsağlığı verdi 12:45 Ужас в Баку: Машины остались под землей 12:23 “Formula-1”də gündəm: “Mersedes”dən gözlənilməz qərar 12:19 Kartdan karta köçürməyə limit qoyuldu - Rəsmi reaksiya 12:16 Van Qal yenidən Niderland millisinin sükanı arxasında? 12:08 Jurnalistdən sensasion iddia: Karri nəzarətdə saxlanılır 12:06 Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak etdi 12:04 HDQ-də buraxılış mərasimi keçirildi - VİDEO 11:59 NBA ulduzunun sağlamlığı üçün ayırdığı məbləğ təəccübləndirdi 11:48 Строится новая империя... — Работают над НЕВЕРОЯТНЫМ СЦЕНАРИЕМ XXI века 11:39 Osimhenin kapitan qərarı transfer iddialarını alovlandırdı 11:37 В Агдере подорвалась мина — ЕСТЬ ПОСТРАДАВШИЕ 11:34 Джеки Чан прибыл в Баку 11:25 Два двоюродных брата, приехавшие из Москвы в Баку на свадьбу, утонули в море 11:09 Kolleclərə ixtisas seçimi başladı 10:59 Эпоха завершилась: Брэд Хант завершил карьеру 10:41 Все новости