“O, karyeranı bitirə bilər!” - Səmədovdan Murtazəliyev etirafı

“O, karyeranı bitirə bilər!” - Səmədovdan Murtazəliyev etirafı
27.01.2026 09:26

Dünya Boks Assosiasiyasının (WBA) reytinqində ikinci yüngül çəki dərəcəsində birinci pillədə yer alan Azərbaycan əsilli rusiyalı boksçu Elnur Səmədov, niyə bütün boksçuların məğlubedilməz Beynəlxalq Boks Federasiyası (IBF) çempionu, birinci orta çəkidə çıxış edən çeçen əsilli həmyerlisi Bəhram Murtazəliyevlə döyüşdən yayınmalarını izah edib.

TodayPress TV xəbər verir ki, bu barədə “championat.com” məlumat yayıb.

“Bəhramın nəyə qadir olduğunu bildiklərinə görə ondan qaçırlar. Bu boksçudan qorxurlar, çünki o kiminsə karyerasını poza, məğlubiyyətsiz seriyanı yarıda qoya bilər. Elə buna görə də ondan qaçırlar”, - deyə Səmədov bildirib.

2014-cü ildə rinqdə debüt edən Bəhramın peşəkar karyerasında 23 qələbə var və onların 17-si nokautla başa çatıb. 

Qeyd edək ki, Elnur Səmədov 1993-cü ilin avqustunda Azərbaycanda doğulub, həmin ilin oktyabrında isə Rusiyanın Noyabrsk şəhərinə köçüb. 2005-ci ildə boksla məşğul olmağa başlayıb, artıq 2007-ci ildə - 14 yaşında Rusiyanın yeniyetmələr arasında boks birinciliyində iştirak edib və ilk nailiyyətlər qazanıb.

16 yaşında Ümumrusiya və beynəlxalq turnirlərdə çıxış etməyə başlayıb. Həvəskarlar arasında müxtəlif yarışların qalibi olub. İlk peşəkar döyüşünü 19 avqust 2016-cı ildə keçirib və xallar üzrə qələbə qazanıb.

Ən vacib döyüşlərindən birini 2 fevral 2019-cu ildə çeçen əsilli rusiyalı boksçu, “Axmat” klubunun üzvü Vişxan Murzabekova qarşı keçirib. Çox parlaq və gərgin keçən qarşılaşmada döyüşün gedişatını öz xeyrinə dəyişərək qalib gəlib və titul qazanaraq peşəkarlar arasında yüngül çəkidə Rusiya çempionu olub.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
"DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Турецкий военный корабль прибыл в США 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 Все новости