Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada!
“Əl-Hilal”ın hücumçusu Darvin Nunyes “Trabzonspor”a keçməyə yaxındır.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist və insayder Nikolo Skira məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı uruqvaylı forvard Türkiyə təmsilçisinə icarə əsasında keçəcək. Tərəflər arasında danışıqlar artıq başa çatıb və transferin bütün şərtləri razılaşdırılıb.
Beləliklə, Nunyes “Trabzonspor”da daha bir sabiq “Liverpul” futbolçusu – Məhəmməd Salah ilə komanda yoldaşı olacaq.
Nunyes 2025-ci ilin avqustunda “Liverpul”dan “Əl-Hilal”a keçib. Səudiyyə Ərəbistanı klubu onun transferi üçün ingiltərə təmsilçisinə 53 milyon avro ödəyib.
Hücumçu 2025/2026 mövsümündə “Əl-Hilal”ın heyətində 24 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Səudiyyə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun hazırkı bazar dəyərini 20 milyon avro qiymətləndirir.
Namiq HUN