Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik”

Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik”
18.08.2026 08:26

“Bavariya” klubunun qapıçısı Manuel Noyer “Leypsiq”ə qarşı keçirilən yoxlama oyunundan sonra gələcək planları barədə danışıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.  

Noyer bildirib ki, komandası yoxlama matçlarına da ciddi yanaşır və “Leypsiq” üzərində qələbəni haqq edib:

“Əvvəla deməliyəm ki, hisslərim yaxşıdır. Hər bir yoxlama oyununa, rəqibin kimliyindən asılı olmayaraq, ciddi yanaşmaq lazımdır. Asiyada “Aston Villa” ilə də qarşılaşmışdıq və inamlı oyun nümayiş etdirmişdik. İndi də eyni vəziyyət oldu. Təbii ki, çoxlu əvəzləmələr edildi, məşqçi futbolçulara oyun vaxtı verməyə və yükü müəyyən qədər bölüşdürməyə çalışdı. Qələbəyə layiq idik və yaxşı oyun göstərdik”.

Münhen təmsilçisi görüşdə 3:1 hesabı ilə qalib gəlib.

Karyerasını gələn yay başa vurmaq ehtimalı ilə bağlı suala cavab verən 40 yaşlı qapıçı hələlik yekun qərar vermədiyini bildirib.

“Mən hər şeyin öz axarı ilə getməsinə imkan verəcəyəm və sonra nələrin baş verəcəyinə baxacağam. Mövsümü ən yüksək hədəflər uğrunda mübarizə aparmaq məqsədi ilə keçirəcəyəm. Bundan sonra nə olacağını isə görəcəyik”, – deyə Noyer açıqlayıb.

Manuel Noyerin “Bavariya” ilə müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. Qapıçı ötən mövsüm bütün turnirlərdə 37 oyunda iştirak edib. O, bu matçlarda 40 qol buraxıb və 10 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
18 августа 2026
Rusiya vətəndaşlarına viza verilməsinə zəmanət yoxdur – Cenevrədən xəbərdarlıq 10:03 Bir gecədə 791 dron: Rusiya səmasında nələr baş verir? 09:49 Трудные моменты в столице России: беспилотники атаковали склад Wildberries 09:38 “Komo”nun marağı Delapı fikrindən daşındırmadı: APL-də qalmaq istəyir 09:25 Швеция приняла меры против торговли с Россией: что происходит в Стокгольме? 09:12 Ferstappen yarış dünyasında özündən sonra böyük iz buraxmaq istəyir 08:54 Кратчлоу вернулся, но признался: «Я не хочу соревноваться постоянно» 08:36 Землетрясение в Колумбии привело к масштабным разрушениям: озвучена сумма ущерба 08:39 Noyer vida siqnalı verdi? “Mövsümdən sonra görəcəyik” 08:19 Qarpız və üzüm toxumlarının bilinməyən faydaları 08:25 73 qol vuran Keyn “Qızıl top” üçün ümidlərini itirmir 08:17 Kanye Uestin Putinlə görüşmək arzusunda olduğu məlum oldu 01:58 İnfantinonu tənqid etmiş FİFA rəsmisi vəzifəsini TƏRK ETDİ 01:51 Belarus sərhədindəki insidentdən sonra general istefa verdi 01:38 Uşaq kəmərini bağlamadı, bütöv reys ləğv edildi! 00:34 ABŞ Prezidentindən Kim Çen Inla bağlı maraqlı paylaşım - FOTO 01:21 Qurban Qurbanov: "Çempionatdakı hər oyuna ciddi yanaşmalıyıq" 01:33 Amerikalılar Trampdan üz döndərir? - Reytinq 33%-ə düşdü 01:10 Ərdoğan Trampla İran və Qəzzanı müzakirə etdi 02:00 Kuşner HƏMAS-a 90 gün vaxt verdi: “Silahlar təhvil verilsə...” 00:54 Polşa ordusu müharibəyə hazırlaşır 00:14 Rus nefti daşıyan tanker Qara dənizdə hücuma məruz qaldı 23:59 “Barselona” dünya ulduzunu heyətinə qatdı! 23:51 Ankara və London strateji tərəfdaşlığı gücləndirir 23:33 Emin Cavadlı üçün DÇ-də bürünc medal şansı! 23:31 Все новости