“Nottingem Forest”də böyük dəyişiklik: Edu getməyə məcbur oldu!

“Nottingem Forest”də böyük dəyişiklik: Edu getməyə məcbur oldu!
06.03.2026 10:26

Edu Qaspar “Nottingem Forest” klubunda futbol istiqamətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Edu Qasparın klubun məşq bazasına və ev stadionuna daxil olması qadağan edilib. O, komandanın son üç oyununu artıq buraxıb.

Qeyd edək ki, Edu 2025-ci ilin iyulunda “Arsenal” klubundakı uğurlu fəaliyyəti ilə tanınan menecer kimi “Nottingem Forest”ə gəlmişdi. Lakin onun rəhbərliyi altında cəmi səkkiz ay ərzində komandada dörd baş məşqçi dəyişib.

Mövsümə Nunu Eşpiritu Santu ilə başlayan klub daha sonra Angelos  Postekoğlu, Şon Dayç və hazırkı baş məşqçi Vitor Pereyra ilə işləyib.

Bu müddətdə transferlərə təxminən 200 milyon funt sterlinq (232,4 milyon avro) xərclənsə də, komandanın nəticələri qənaətbəxş olmayıb.

Hazırda “Nottingem Forest” Premyer Liqada 28 xalla 17-ci pillədə qərarlaşıb. Edu Qasparın artıq klub rəsmisi kimi deyil, kənar şəxs kimi izlədiyi son oyunda komanda “Mançester Siti” ilə 2:2 hesablı heç-heçə edib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 Все новости