Messidən Argentina mediasına qarşı sərt qərar!
Messi atasının dəfn mərasimində şəxsi həyatın pozulması ilə bağlı Argentina mediasını məhkəməyə verəcək.
TodayPress TV xəbər verir ki, bu barədə argentinalı jurnalist Fran Kasaretto sosial şəbəkədə məlumat yayıb.
“İnter Mayami” klubunun hücumçusu Lionel Messi atasının dəfn mərasimi zamanı ailəsinin şəxsi həyatına müdaxilə etdiyini düşündüyü Argentina media qurumlarına qarşı hüquqi tədbirlər görməyə hazırlaşır.
Onun sözlərinə görə, Messi ailəsinin Xorxe Messinin vida mərasimi zamanı şəxsi toxunulmazlığının pozulması ilə bağlı Argentina mediasına qarşı hüquqi addımlar atacağını təsdiqləyib.
Qeyd edək ki, Lionel Messinin atası Xorxe Messinin vida mərasimi avqustun 9-da keçirilib. Dəfn mərasimi gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində baş tutub. Bir sıra mənbələr mərasimdə yalnız ailə üzvlərinin iştirak etdiyini bildiriblər.
Namiq HUN