Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ

Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ
07.08.2026 22:20

Fransa millisinin heyətində 1998-ci ildə dünya çempionu olmuş Zinəddin Zidanın oğlu Luka Zidan İspaniyanın "Qranada" klubu ilə müqaviləsini ləğv edib.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı qapıçı kluba 2024-cü ilin yayında keçib və iki mövsüm ərzində İspaniya çempionatı və Kubokunda ümumilikdə 45 oyun keçirib.

Onun "Qranada" ilə müqaviləsi 2027-ci ilədək nəzərdə tutulmuşdu, lakin tərəflər əməkdaşlığa vaxtından əvvəl xitam vermək qərarına gəliblər.

"Klub Luka Zidana bu iki mövsüm ərzində göstərdiyi sədaqətə görə təşəkkür edir və ona gələcək peşəkar fəaliyyətində uğurlar arzulayır", - deyə "Qranada"nın bəyanatında bildirilib.

Qeyd edək ki, Luka Zidan "Real Madrid"in yetirməsidir. O həmçinin "Rasinq" (Santander), "Rayo Valyekano" və "Eybar" klublarında, eləcə də Fransanın müxtəlif yaş qrupları üzrə yeniyetmə və gənclər yığmalarında çıxış edib. Luka ötən ilin sentyabrında Əlcəzair milli komandasında oynamaq üçün idman vətəndaşlığını dəyişib və 2026-cı il dünya çempionatı üçün yığmaya dəvət alıb.

Lukadan başqa, Zinəddin Zidanın daha üç oğlu peşəkar futbolla məşğul olub. Belə ki, 30 yaşlı yarımmüdafiəçi Entso artıq karyerasını başa vurub, 23 yaşlı yarımmüdafiəçi Teo "Kordoba"da, 19 yaşlı müdafiəçi Elyas isə "Red Star"da çıxış edir.

Öz növbəsində, İspaniyanın "Leqanes" klubu Luka Zidan ilə müqavilə imzaladığını elan edib.

Zidan "Leqanes" ilə "1+1" sxemi üzrə razılaşma əldə edib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
08 августа 2026
Tarixi Vaşinqton Bəyannaməsindən BİR İL ÖTÜR 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 "Müharibə niyyətimiz yoxdur, amma..." - Pezeşkian 23:31 İtaliya İspaniya ilə sərhəddə nəzarəti LƏĞV ETMİR 23:24 Almaniya hərbi bazası üzərində şübhəli DRONLAR - Cinayət işi açıldı 23:21 ABŞ ordusundan 400 milyonluq anlaşma 23:14 "Ağ Ev sənin şəxsi mülkün deyil!" - Məhkəmədən Trampı qəzəbləndirəcək bəyanat 23:07 Adını dəyişib kredit borcundan yayınmaq mümkündür? - Hüquqşünasdan XƏBƏRDARLIQ 22:52 "Özümüzə güvənməyin vaxtıdır" - Əraqçi 22:46 Dunay çayı quruyur, istilər artır - Rumıniya hansı tədbirləri görəcək? 22:33 Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 "ПОБЕДА, КОТОРАЯ СОЗДАЛА МИР" — пишет Рамиз Юнус... 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Все новости