London klubunda istefa ehtimalı

London klubunda istefa ehtimalı
01.01.2026 09:17

Londonun “Çelsi” futbol klubu baş məşqçi Enzo Mareska ilə yollarını ayıra bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb. 

Mənbənin iddiasına görə, istefa bu gün - 1 yanvar tarixində baş verə bilər.

Məlumata əsasən, Mareskanın klub rəhbərliyi ilə münasibətləri son dövrlər tamamilə korlanıb. Buna əsas səbəb kimi komandanın zəif nəticələri göstərilir. Belə ki, “Çelsi” son 9 oyunda cəmi 2 qələbə qazana bilib.

“Bornmut”la keçirilən və 2:2 hesablı heç-heçə ilə başa çatan oyundan sonra Enzo Mareska mətbuat konfransında iştirak etməyib. Klub onun özünü pis hiss etdiyini bildirsə də, mənbələrə görə, baş məşqçi əslində klubdakı mövcud vəziyyətdən narazı olduğu üçün jurnalistlərin qarşısına çıxmaqdan imtina edib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında keçirilən 19 turdan sonra “Çelsi” 30 xal toplayaraq turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. London klubu lider “Arsenal”dan 15 xal geri qalır.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 Все новости