Messi və Suares öz futbol klubunu yaratdı

Messi və Suares öz futbol klubunu yaratdı
28.05.2025 11:20

“İnter Mayami”nin hücumçuları Lionel Messi və Luis Suares birgə futbol klubu yaradıblar.   

TodayPress TV xəbər verir ki, bu barədə Suares şəxsi “X” hesabında məlumat verib. 

Yeni klub “Deportivo LSM” adlanır. “LSM” adı Messi və Suaresin adlarının baş hərflərindən ibarətdir.

Komanda Uruqvay futbolunun dördüncü divizionunda çıxış edəcək.   Klubun yaradılması təşəbbüsü əsasən Suaresə məxsusdur, Messi isə layihədə onun biznes partnyoru kimi çıxış edir. 

Qeyd edək ki, Messi “İnter Mayami”yə 2023-cü ilin yayında qoşulub.

O, ötən müddət ərzində 57 matçda 45 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Suares isə 2024-cü ilin yanvarından Mayami təmsilçisində top qovur.

Luis meydana çıxdığı 56 oyunda 30 qol vurub və 20 assist edib.   

Namiq HUN

XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Bütün Xəbərlər