"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi

"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşdi
27.06.2026 19:08

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirində mükafatçılar bəlli olub.

TodayPress TV xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində final və üçüncülük görüşləri keçirilib.

Üçüncü yer uğrunda görüşdə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin komandası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin komandasına 7:2 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.

Sonra Fövqəladə Hallar Nazirliyini (FHN) və Ədliyyə Nazirliyini təmsil edən komandalar arasında final qarşılaşması keçirilib. 700-ə yaxın tamaşaçının izlədiyi həlledici matçı 4:3 hesablı üstünlüklə tamamlayan FHN təmsilçiləri turnirin qalibi olublar.

Görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, fövqəladə hallar nazirinin müavini Ələsgər Ələsgərov Naxçıvan Futbol Federasiyasının (NFF) vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov və futzal üzrə milli komandanın kapitanı Emin Kürdov iştirak ediblər. İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıb. Məcid Seyidov turnirin baş mükafatı olan "Heydər Əliyev Kuboku"nu qalib komandaya təqdim edib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və NFF-nin birgə təşkilatçılığı ilə mayın 16-da start götürən ənənəvi turnirdə 20 komandanın iştirakı ilə ümumilikdə 48 görüş keçirilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
14 августа 2026
Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqləndi 13:59 5 человек, вызвавших пожар, привлечены к ответственности 12:57 Hesablama Palatasına yeni səlahiyyətlər verildi 13:55 “Dövlət auditi” informasiya sistemi yaradıldı - FƏRMAN 13:52 APL-də çempionluq savaşı: “Arsenal” rəqiblərini geridə qoydu! 13:48 Tokio Putinə görə təcili hərəkətə keçdi - NƏ BAŞ VERİR ? 12:44 Fidan Qurbanlı dünya səhnəsində 43-cü pillədə qərarlaşdı 13:37 Sabah hava necə olacaq? - PROQNOZ 12:29 Удары дронов по складу Wildberries превратили в пепел 11 миллионов книг 11:52 ABŞ xarici hakerlərə hücum edəcək 11:50 Yaponiyada güclü leysan 8 can aldı 11:04 Nkunkunun “Milan” macərası bitir: Klub futbolçunu yola salır! 12:47 Ərdoğan hökumətində dəyişiklik ola bilər - İDDİA 11:34 Uaytdan Həbib etirafı: “Karyerasını davam etdirsəydi, əfsanə olardı” 12:31 Türkiyə nüvə enerjisində yeni mərhələyə keçir: Ankara öz texnologiyasını yaratmaq istəyir 11:26 “Barselona” geri çəkilmir: Rodri üçün üçüncü təklif hazırlanır! 12:23 Latviyada naməlum PUA təşviş yaratdı: NATO hərəkətə keçdi 12:15 Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək 10:47 Напряженность в Ормузском проливе: совершены нападения на два танкера 11:16 Закрылись все аэропорты Москвы 11:54 Азербайджан в 1990-х годах сделал такой шаг, что… — Сегодня мы не зависимы от одного «пролива» 11:08 Новость для получателей пенсий: в Баку, Сумгайыте и Абшероне... 11:42 Rusiyada iki böyük terminala hücum: Yaralılar var - GÖRÜNTÜLƏR 10:52 Азербайджан поздравил Пакистан с Днем независимости 11:20 В Твери обломки дрона разрушили стену склада: рабочие были эвакуированы 10:35 Все новости