Futbol dünyasında yeni kral? Lizarazyudan böyük sözlər!

Futbol dünyasında yeni kral? Lizarazyudan böyük sözlər!
05.05.2026 13:03

Futbol üzrə Fransa yığma komandasının heyətində dünya çempionu olmuş Biksant Lizarazyu “Bavariya”nın hücumçusu Maykl Oliseni “Qızıl top” mükafatına əsas namizədlərdən biri kimi dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə Goal nəşri məlumat yayıb. 

Lizarazyu futbolçunun xüsusilə vacib oyunlarda yüksək səviyyə nümayiş etdirdiyini vurğulayıb:

“Olise inanılmaz səviyyədə oynayır və bunu “Real”a qarşı matçda və PSJ ilə görüşdə göstərdi. Dünyanın ən yaxşı oyunçusu olmaq üçün ən nüfuzlu titulları qazanmaq lazımdır. Bununla yanaşı, onun Fransa yığma komandasının heyətində dünya çempionatında necə çıxış edəcəyi də vacib olacaq.

Hazırda o, mənim dünyada ən sevdiyim oyunçudur. Texnikası və yaradıcılığı məni heyran edir - daim yeni həllər tapır və bunu zərif şəkildə edir. Üstəlik, az danışması onu daha sirli edir”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə PSJ arasında cavab oyunu mayın 6-da keçiriləcək. İlk qarşılaşmada Paris təmsilçisi 5:4 hesabı ilə qalib gəlib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 Все новости