“Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək

“Ferrari” və Lekler birlikdə zirvəyə yürüşü davam etdirəcək
03.06.2026 11:15

“Formula-1” pilotu Şarl Lekler “Ferrari” komandası ilə yeni müqavilə imzalayıb.

TodayPress TV xəbər verir ki, müqavilənin müddəti rəsmi şəkildə açıqlanmasa da, bir sıra KİV-lərin məlumatına görə, tərəflər bir neçə mövsümü əhatə edən yeni razılaşma əldə ediblər. 

Əvvəlki müqavilə 2029-cu ilin sonuna qədər qüvvədə idi. Yeni anlaşmanın isə 2031-ci ilə qədər nəzərdə tutulduğu bildirilir.

Lekler müqavilənin uzadılmasından sonra sevincini gizlətməyib:

“Bu yolu “Ferrari” ilə birlikdə davam etdirdiyim üçün sonsuz dərəcədə xoşbəxtəm. Mənim üçün “Ferrari” həmişə sadəcə komanda deyil, uşaqlıqdan qoşulmağı arzuladığım böyük bir ailə olub. Birlikdə möhtəşəm və çətin anlar yaşamışıq. İndi isə komandamıza əvvəlkindən daha çox inanıram və ümumi məqsədimiz – çempionluğu yenidən Maranelloya qaytarmaq uğrunda mübarizəni davam etdirəcəyimiz üçün minnətdaram”.

Monakolu pilot bildirib ki, “Ferrari” sürücüsü olmaq həm arzu, həm də böyük məsuliyyətdir:

“Komandanı aid olduğu zirvəyə qaytarmaq üçün əlimdən gələni etməyə davam edəcəyəm. Bu, Maranellodakı hər kəs və “Skuderiya”nın ürək döyüntüsü olan tifozilər üçün vacibdir”.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Все новости