“Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır!

“Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır!
10.08.2026 09:10

“Napoli”nin hücumçusu Romelu Lukaku “Fənərbağça”ya keçməyə razılıq verib. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Matteo Moretto sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı belçikalı futbolçu ilə İstanbul təmsilçisi mümkün transferin şəxsi şərtləri üzrə tam razılığa gəlib. İndi “Fənərbağça” Lukakunun transferi ilə bağlı “Napoli” ilə danışıqlar aparır.

Türkiyə klubu hücumçu üçün artıq ilk təklifini göndərib. “Fənərbağça”nın təklifi təxminən 6 milyon avro təşkil edir. “Napoli” isə Lukakunun satışından 12 milyon avro qazanmaq istəyir.

Belçikalı futbolçunun Neapol təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Daha əvvəl Lukakunun komandanın mövsümöncəsi hazırlıq toplanışına qoşulmadığı və “Napoli”nin hücumçunu 10 milyon avroya buraxmağa hazır olduğu bildirilmişdi.

Qeyd edək ki, Lukaku ötən mövsüm “Napoli”nin heyətində 5 oyunda meydana çıxıb, 1 qol vurub və 1 sarı vərəqə alıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
10 августа 2026
Pezeşkian Azərbaycan dilində danışdı, tənqid olundu 11:01 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Azərbaycan Borçalını itirdi? 10:29 Произошло 925 пожаров: МЧС спасло жизни 43 человек 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Жертвы «еврея» из Баку: сенсационные имена — депутат, бизнесмен, состоятельные женщины… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 У берегов Омана затонул нефтяной танкер: загрязнено 800 квадратных километров территории 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Британское ископаемое сокровище стоимостью в миллионы фунтов стерлингов продано в Абу-Даби 09:19 “Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır! 08:47 Прогноз погоды вызвал споры: в Баку 4 дня дождя, а следом… – ОБЪЯСНЕНИЕ 08:57 Reşfordun taleyi bəlli oldu: Yalnız nəhəng təklif ayıra bilər! 08:41 В этих районах столицы не будет света 08:38 Messidən Argentina mediasına qarşı sərt qərar! 08:30 Tatarıstanda PUA həyəcanı: Neft emalı zavoduna hücum edildi - VİDEO 08:26 Наша сборная по дзюдо добилась очередного успеха в Европе! 08:18 Sərnişinlərin DİQQƏTİNƏ: 11 avtobusun dayanacağı dəyişir 21:43 Masallı sakinlərinin NƏZƏRİNƏ! Bu kəndlər qazsız qalacaq 22:06 Все новости