DÇ-2026 ilə bağlı mühüm mesaj: İran iştirak edəcək!

DÇ-2026 ilə bağlı mühüm mesaj: İran iştirak edəcək!
11.03.2026 13:16

FIFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampla görüşü barədə danışıb.

TodayPress TV xəbər verir ki, İnfantino görüş zamanı 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq məsələlərini müzakirə etdiklərini bildirib.

“Bu axşam ABŞ prezidenti Donald C. Trampla qarşıdakı FIFA dünya çempionatına hazırlıq prosesini və turnirin başlanmasına qalan 93 gün ərzində artan gözləntiləri müzakirə etdik”, – deyə İnfantino bildirib.

O qeyd edib ki, görüş zamanı İranla bağlı mövcud vəziyyət və İran millisinin 2026-cı il dünya çempionatına vəsiqə qazanması da müzakirə olunub.

“Prezident Tramp söhbət zamanı bir daha təsdiqlədi ki, İran millisi ABŞ-da keçiriləcək dünya çempionatında mütləq iştirak edə bilər”, – deyə FIFA prezidenti vurğulayıb.

İnfantino əlavə edib ki, dünya çempionatı kimi turnirlər insanları bir araya gətirən mühüm hadisələrdir.

“İndi hər zamankından daha çox insanları birləşdirən belə tədbirlərə ehtiyac var. ABŞ prezidentinə göstərdiyi dəstəyə görə minnətdaram. Bu, futbolun dünyanı birləşdirdiyini bir daha sübut edir”, – deyə o bildirib.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
“Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 В Стамбуле трамвай сошел с рельсов 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Таджикистан отвернулся от России и обратился к Ирану 14:21 Иран предупредил США: «В этот раз мы используем более мощное оружие» 13:53 Северная Корея выпустила 10 баллистических ракет в сторону Японского моря 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Новое оружие против опухолей мозга: в черепе обнаружен скрытый иммунный механизм 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Завтра в Баку будет 32 градуса тепла, в регионах — 36 градусов 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Тревожный сигнал на будущее: рост населения в Азербайджане стремительно замедляется 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Сенсация в мире астрономии: обнаружена скрытая система возрастом 12,5 миллиардов лет! 12:21 НАТО приближается к белорусской границе: в Литве строится военный городок за 40 миллионов евро 11:59 МИД Азербайджана выразило соболезнования Центральноафриканской Республике 11:58 Всплыл тайный план Трампа: Как каждую ночь перевозится 10 миллионов баррелей нефти? 11:52 Все новости