Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı!

Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı!
07.08.2026 14:51

“Cadillac” komandasının pilotu Valtteri Bottas ehtiyat pilot kimi keçirdiyi mövsümün “Formula-1”ə münasibətini dəyişdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Formula-1”in mətbuat xidməti məlumat yayıb. 

Finlandiyalı sürücünün sözlərinə görə, 12 il əsas heyətdə yarışdıqdan sonra bir mövsüm start düzülüşündən kənarda qalmaq ona idmana fərqli prizmadan baxmaq imkanı verib.

“12 il yarışdıqdan sonra bir mövsüm start düzülüşündə yer almamaq insana “Formula-1”i başqa cür dərk etməyə kömək edir. Artıq yalnız öz çıxışına deyil, bütöv mənzərəyə baxırsan.

Bu təcrübə idmana, burada çalışan insanlara və pilotlara hörmətimi daha da artırdı. Düşünürəm ki, indi “Formula-1”in dəyərini əvvəlkindən daha yaxşı anlayıram.

Məsələn, Melburnda startdan əvvəl dövlət himninin səsləndirilməsi mənə tamam fərqli hisslər yaşatdı. Əvvəllər bu anların qiymətini bu qədər bilmirdim. Bir şeyi itirib yenidən qazandıqda onun nə qədər xüsusi olduğunu anlayırsan. Hazırda start düzülüşündə yer alan 22 pilotdan biri olduğum üçün özümü daha çox xoşbəxt hiss edirəm”, – deyə Bottas bildirib.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçalarında monitorinq keçiriləcək 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 На «Торговой» горит объект 11:51 Эти две страны присоединятся к ЕС 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Три страны подписали «Меккское соглашение» — в случае нападения на одного из членов... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 В Товузе застрелена 65-летняя женщина, ее племянник задержан 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 Израильская резолюция о так называемом «геноциде армян» «и рядом не стояла» — готовится более коварный план... 14:11 Байындыр перевелся в участника Лиги Европы! 13:48 Ухудшилось здоровье Хаменеи — УТВЕРЖДЕНИЕ 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Посол- сын Абеля Магеррамова отозван 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Все новости