"Barselona" maliyyə pozuntuları ilə bağlı bəyanat yaydı

"Barselona" maliyyə pozuntuları ilə bağlı bəyanat yaydı
24.02.2026 00:34

"Barselona" klubu maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamlara dair rəsmi bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, klub rəhbərliyi çirkli pulların yuyulması və əsassız komissiya haqlarının alınması kimi iddiaları qəti şəkildə təkzib edib. Kataloniya təmsilçisi bildirib ki, hələ yanvarın ortalarında bəzi media qurumları və "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi" (OCCRP) tərəfindən daxil olan sorğular daxili və xarici yoxlamalardan keçirilib. Araşdırmalar nəticəsində məlumatların həqiqəti əks etdirmədiyi və saxtalaşdırılmış sənədlərə əsaslandığı müəyyən olunub.

Klub qeyd edir ki, bu yalan məlumatlar seçki prosesi ərəfəsində "Barselona"nın imicinə xələl gətirmək və demokratik prosesə təsir etmək məqsədi daşıyır. Bununla bağlı "göy-qırmızılar" saxta sənəd təqdim edən və böhtan atan şəxslərə qarşı dərhal hüquqi addımlar atacaqlarını, həmçinin bu məlumatları yayan media qurumlarına qarşı sərt tədbirlər görüləcəyini bəyan edib.

Qeyd edək ki, "Barselona" rəhbərliyi seçki komissiyasına bütün lazımi sənədləri təqdim edərək namizədləri yalan xəbərlərdən istifadə etməməyə çağırıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İspaniyaya soxulan miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Все новости