“Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı
“Mançester Siti” klubu “Barselona”nın yarımmüdafiəçisi Rodrinin transferi ilə bağlı ikinci təklifini də rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Daha əvvəl “Barselona”nın 30 yaşlı futbolçu üçün İngiltərə klubuna təxminən 60 milyon avro təklif etdiyi bildirilmişdi. Lakin mənbənin məlumatına görə, “Mançester Siti” bu təklifi qəbul etməyib və Rodri üçün təxminən 80 milyon avro tələb edir.
Bundan əvvəl də “Mançester Siti”nin Kataloniya təmsilçisinin təxminən 45 milyon avroluq təklifini rədd etdiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Rodri 2025/2026-cı illər mövsümündə İngiltərə Premyer Liqasında meydana çıxdığı 21 oyunda bir qol vurub. O, həmçinin Çempionlar Liqasında 5 qarşılaşmada meydana çıxıb.
Namiq HUN