Barış Alper həm transferdən, həm hədəflərdən danışdı

Barış Alper həm transferdən, həm hədəflərdən danışdı
27.07.2026 16:48

“Qalatasaray”ın və Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz komanda yoldaşı Can Uzunun transferi, şəxsi gələcəyi və yeni mövsümün hədəfləri barədə danışıb.

TodayPress TV xəbər verir ki, “TRT Spor”a müsahibə verən cinah oyunçusu Can Uzunun “Qalatasaray”a transferini arzuladığını bildirib.

“Can Uzunun “Qalatasaray”a qoşulmasını istəyirəm”, – deyə Yılmaz qeyd edib.

Futbolçu eyni zamanda universitet təhsilini başa vurduğunu bildirərək bununla qürur duyduğunu söyləyib.

“Futbolçular sıx qrafik səbəbindən vaxtlarının olmadığını deyirlər. Mən isə insanlara futbol oynayarkən universitet təhsili almağın da mümkün olduğunu göstərmək istədim”, – deyə o vurğulayıb.

Barış Alper Yılmaz yeni mövsümə hazırlığın uğurla davam etdiyini, qarşıda çətin çempionatın olduğunu və komandanın zədələrdən uzaq qalaraq ən yaxşı formada mövsümə başlamağa çalışdığını bildirib.

O, baş məşqçi Okan Burukun inkişafında mühüm rol oynadığını da qeyd edib.

“Qazandığım uğurların arxasında Okan Buruk dayanır. O, hər futbolçu ilə ünsiyyət qurmağı bacaran məşqçidir”, – deyə Yılmaz bildirib.

Türkiyəli futbolçu ötən mövsüm UEFA Çempionlar Liqasında dəyərli təcrübə qazandıqlarını xatırladaraq, bu il turnirdə daha uğurlu çıxış etməyi hədəflədiklərini söyləyib.

Transfer xəbərlərinə də münasibət bildirən Barış Alper Yılmaz hazırda bütün diqqətini “Qalatasaray”ın təlim-məşq toplanışına yönəltdiyini vurğulayıb.

“Klubla müqaviləm qüvvədədir. Transfer xəbərlərinin çıxması sevindiricidir, amma hazırda bütün fikrim hazırlıq prosesindədir. Rəsmi təklif olarsa, bunu klubla birlikdə dəyərləndirəcəyik”, – deyə futbolçu əlavə edib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
27 июля 2026
Putin ordunun sayını artırdı - TƏCİLİ 19:07 İraqda ABŞ istehsalı PUA qəzaya uğradı - VİDEO 18:57 23 yaşlı oğlan çayda çimmək istəyirdi, faciə baş verdi - TƏFƏRRÜATLAR 18:53 Rəsmi Moskva təklif irəli sürdü: Münaqişə bitir? 18:42 Ukrayna İranı hədəfə aldı: “Təcavüzün şərikisən, qurban deyilsən!” 18:31 Separatçıların son ümidi də puç olur? Bakıdakı məhkəmədən yeni xəbər 18:24 Külək insanları xəstəxanalıq etdi - Yaralananlardan biri əməliyyat şöbəsinə yerləşdirildi 18:14 Monteneqrodan YENİ QƏRAR: 5 ölkənin vətəndaşlarına viza tətbiq edir 18:07 Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin etdi 17:56 По делу «Toplum TV» оглашен приговор 17:43 Пляжная дилемма женщин в хиджабах: они сами носят хиджаб, но является ли грехом для них видеть посторонних мужчин (намахремов)? 17:26 Səudiyyə Ərəbistanında neft obyektlərinə PUA hücumu: Ər-Riyad və Şərq əyaləti hədəf alındı 17:15 Kipr heç vaxt rum tərəfinə möhtac olmayıb, bundan sonra da olmayacaq 17:09 Pirlo olmayacaq? İki məşhur məşqçi ön plana çıxdı 17:02 Paşinyan daha çox ermənidir, yoxsa Emin Hüseynov? 17:01 MEDİA: "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur 16:54 Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 Медиа-реестр (MEDİA) распространил заявление в связи с включением AzTV Ираном в список «враждебных СМИ» 16:28 Что остановило США? — появились новые версии 16:07 "Vahid indekslərin siyahısı" genişləndirildi 16:07 Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 На бакинских пляжах разыскивают мужчину, пристававшего к малолетним девочкам — ФОТО 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Сильный ветер привел к несчастному случаю в «Амай»е— есть пострадавший 15:12 Все новости