“Bakı-Xankəndi” yarışında son finiş geridə qaldı

“Bakı-Xankəndi” yarışında son finiş geridə qaldı
14.05.2026 13:22

“Bakı-Xankəndi” veloyürüşü yarışının son mərhələsinin qalibi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Tərtər–Xankəndi marşrutunda finiş xəttini ilk keçən Yeni Zelandiya velosipedçisi Coş Barnett olub.

Velosipedçi məsafəni 4 saat 16 dəqiqə 35 saniyəyə tamamlayıb. “XDS Astana” Team komandasının üzvü Henok Mulubrhan ikinci, “Burgos Burpellet” BH komandasının uruqvaylı təmsilçisi Erik Antonio Faqundes isə üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın Gəncə–Göygöl–Goranboy–Ağdərə (Suqovuşan və Talış kəndləri)–Naftalan marşrutu üzrə keçirilən dördüncü mərhələsinin qalibi İtaliyanın “Bardiani CSF Faizane” komandasının üzvü Marco Manenti olmuşdu.

Qəbələ–İsmayıllı marşrutu üzrə üçüncü mərhələdə “XDS Astana Team” komandasının rusiyalı velosipedçisi Qleb Suritsa birinci yeri tutub.

Bakı–İsmayıllı üzrə ikinci mərhələnin qalibi isə yenə “XDS Astana”nın üzvü Yevgeni Fyodorov olub.

Bakı–Sumqayıt marşrutunda keçirilən ilk mərhələdə isə Çinin “Li-Ning Star” komandasının belaruslu üzvü Aleksey Şnirko finiş xəttini hamıdan əvvəl keçib.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Эдди Хау со слезами на глазах попрощался с «Ньюкаслом» 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Президент Ильхам Алиев находится с визитом в Кыргызстане 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 В этих районах не будет света 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 Иракский министр спровоцировал кризис с подписью на встрече с Эрдоганом — за этим обнаружился след иранской разведки 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Все новости