“Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil

“Aston Martin”dən Alonso qərarı: Ayrılıq gündəmdə deyil
05.08.2026 12:55

“Aston Martin” komandasının rəhbəri Edrian Nyui “Formula-1” üzrə ikiqat  dünya çempionu Fernando Alonsonu komandada saxlamağın prioritet olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Nyui təcrübəli ispaniyalı pilotun həm peşəkarlığı, həm də komandaya verdiyi texniki töhfələrin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Şübhəsiz ki, Fernando əla pilotdur. O, həm mühəndislərə verdiyi dəyərli rəylərlə, həm də trasdakı ustalığı ilə komandaya böyük fayda verir. Buna görə də onunla əməkdaşlığı davam etdirmək bizim üçün çox vacibdir. Eyni zamanda, düşünürəm ki, Fernando da bizimlə işləməkdən məmnundur və əməkdaşlığımız davam edəcək”, – deyə Nyui bildirib.

Qeyd edək ki, son günlər mediada Fernando Alonsonun karyerasını “Alpine” komandasında davam etdirə biləcəyi ilə bağlı iddialar yayılıb. Bildirilir ki, Fransa təmsilçisinin müşaviri Flavio Briatore hazırkı pilot Franko Kolapintoya yeni komanda axtarmağı tövsiyə edib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
05 августа 2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Предупреждение для любителей летней рыбалки: что ждет нарушителей запретов? 15:24 Хикмет Гаджиев: Азербайджан никогда не позволит использовать свою территорию против соседней страны 15:12 Трагедия на поле: молния убила футболиста 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 Почему в жару пропадает желание общаться? — Ответ психолога 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Оползень раздавил машины — кто возместит ущерб водителям? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Узбекистан сделал такой шаг... — Центральная Азия выходит из тени Кремля? — КОММЕНТАРИЙ 14:10 Şvartsman yenidən böyük səhnəyə qayıda bilər! 13:32 Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşdi 13:24 Ukrayna kəşfiyyatı: Rusiya Şimali Koreyanın raket bölməsini öz ərazisində yerləşdirir 13:18 Все новости