Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf!

Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf!
10.08.2026 09:22

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik müdafiəçi Ronald Arauxonun “Liverpul”a icarəyə keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.

“Ronald əla insandır və yaxşı futbolçudur. Lakin bizim oyun üslubumuz onun üstünlük verdiyi tərzdən fərqlənir. O, güclü və sürətli futbolçudur. Buna görə çox təəssüflənirəm. Çətin idi və ona istədiyim qədər şans verə bilmədim. Keçmişdə etdiyi səhvlər psixoloji baxımdan ona təsir göstərdi.

Onun xoşbəxt olduğunu gördüm və ona gələcəkdə uğurlar arzulayıram. O, həm əla insan, həm də yaxşı futbolçudur. Bundan əlavə, yaxşı kapitandır. Həyatda dəyişikliklərin olması normaldır”, – deyə Flik bildirib.

Məlumata görə, uruqvaylı müdafiəçinin “Liverpul”a icarəsi bir mövsüm üçün nəzərdə tutulub və müqavilədə onun transfer hüququnun satın alınması ilə bağlı bənd olacaq.

Qeyd edək ki, Arauxo 2018-ci ilin yayından “Barselona”da çıxış edir. O, Kataloniya klubuna “Boston River”dən 1,7 milyon avro qarşılığında transfer olunub.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
10 августа 2026
Azərbaycanlı boksçular Qazaxıstanda rəqiblərinə şans vermədi! 11:33 Mourinyodan illər sonra gələn etiraf: “Ürəyimin səsini dinlədim” 11:26 Çingiz Əlioğlu ilə vida mərasimi keçirilir 11:23 Xamenei martın ortalarından ölüb - İDDİA 11:10 Litvanın Baş naziri İlham Əliyevə zəng etdi 11:09 Ильхам Алиев выразил благодарность Масуду Пезешкиану 11:05 Пезешкиан заговорил на азербайджанском языке, подвергся критике 11:01 Bakıda əmlak bazarı ilə bağlı YENİ PROQNOZ: İpoteka və qiymətlər... 10:52 Rocer Federer gündəmdə: 45 yaşlı əfsanədən yeni fotolar 10:40 “Qalatasaray” Batrakovdan vaz keçdi: Yeni hədəf müəyyənləşdi! 10:32 Азербайджан потерял Борчалы? 10:29 Произошло 925 пожаров: МЧС спасло жизни 43 человек 10:10 Alonsonun gələcəyi ilə bağlı açıqlama: “O, hələ buna layiqdir” 09:59 Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər 09:54 Жертвы «еврея» из Баку: сенсационные имена — депутат, бизнесмен, состоятельные женщины… 09:52 Pereyra və Oliveyra ilə görüş üçün böyük məbləğ ödənildi! 09:48 У берегов Омана затонул нефтяной танкер: загрязнено 800 квадратных километров территории 09:45 Nunyes üçün Türkiyə macərası: Salahla eyni komandada! 09:36 WNBA tarixində yeni rekord: Bir oyunda 10 üçlük! 09:24 Yaponiya orduda yeni mərhələyə keçir: Radar və döyüş təyyarələri süni intellektlə qorunacaq 09:33 Arauxonun “Liverpul”a keçidi gündəmdə: Flikdən etiraf! 09:22 Британское ископаемое сокровище стоимостью в миллионы фунтов стерлингов продано в Абу-Даби 09:19 “Fənərbağça” Lukaku transferini bitirməyə çox yaxındır! 08:47 Прогноз погоды вызвал споры: в Баку 4 дня дождя, а следом… – ОБЪЯСНЕНИЕ 08:57 Reşfordun taleyi bəlli oldu: Yalnız nəhəng təklif ayıra bilər! 08:41 Все новости