Alonso “Çelsi”nin problemini tapdı: istedad var idi, liderlik yox
“Çelsi”nin baş məşqçisi Xabi Alonso London təmsilçisinin ötən mövsüm Premyer Liqada uğur qazanmasına hansı amillərin mane olduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Men in Blazers” məlumat yayıb.
“İstedad kifayət qədər idi. Lakin çətin anlarda sakitlik çatışmırdı. Oyun istədiyin kimi getməyəndə yaranan vəziyyətlərin öhdəsindən gəlməyə kömək edən təcrübə də kifayət deyildi. Həmçinin gənc futbolçulara dəstək olacaq liderliyə ehtiyac var idi”, – deyə Alonso bildirib.
Xabi Alonso iyulun 1-də rəsmi olaraq “Çelsi”nin baş məşqçisi təyin olunub.
Qeyd edək ki, 2025/2026-cı illər mövsümünün ilk yarısında komandaya rəhbərlik edən italiyalı Enzo Mareskanın ayrılmasından sonra bu vəzifəni Liam Rozenyor və Kalum Makfarleyn tutublar. Komanda çempionatı turnir cədvəlinin 10-cu pilləsində başa vurub.
Xatırladaq ki, Xabi Alonso ötən mövsümə Madrid “Real”ının baş məşqçisi kimi başlayıb. İspaniya klubundan isə 2026-cı ilin yanvarında ayrılıb.
Namiq HUN