4 boksçumuz Dünya kubokunda medal təmin etdi

4 boksçumuz Dünya kubokunda medal təmin etdi
25.04.2026 12:45

Braziliyada keçirilən boks üzrə Dünya kuboku turniri davam edir. 

TodayPress TV xəbər verir ki, Azərbaycanın Fos-du-İquasu turnirinin 1/4 final mərhələsində rinqə çıxan 4 idmançısının hamısı yarımfinala vəsiqə əldə edib.

Sübhan Mamedov (50 kq) Ermənistan boksçusu Rudolf Qarboyan üzərində qələbə qazanıb. Mamedov finala aparan yolda qırğız Anvarjan Xodjiyevlə üz-üzə gələcək.

Nəbi İsgəndərov (70 kq) 1/4 finalda qazaxıstanlı Farux Toxtassunovu mübarizədən kənarlaşdırıb. İsgəndərov yarımfinalda Braziliya boksçusu Kaian Reisi sınağa çəkəcək.

Səidcəmşid Cəfərov (75 kq) turnirdə Qazaxıstanı təmsil edən Sanjar-Ali Beqaliyevə qalib gəlib. Boksçumuz finala gedən yolda italiyalı Qabriel Quidi Rontani ilə döyüşəcək.

Məhəmməd Abdullayev (+90 kq) 1/4 finalda hər 3 raundu aktivinə yazaraq xorvat Luka Pratljaçiçi rinqə çıxmaqda peşman edib. O, yarımfinalda Norveç boksçusu Omar Şina ilə döyüşəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinə yüksələn 4 boksçumuzun hər biri özü üçün Dünya kubokunun bürünc medalını təmin edib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 августа 2026
Martin O'Nillə bağlı üzücü xəbər açıqlandı 09:20 "Azəristiliktəchizat"dan əhaliyə xəbərdarlıq: Mənzillərdə bu işləri təcili tamamlayın 09:24 Rodrinin qərarı transfer bazarını silkələdi 09:14 Bakının bəzi ərazilərində işıq olmayacaq 09:10 Sobolenko fenomenal forması ilə hamını heyrətləndirir! 09:04 "Porsche"dən inanılmaz sınaq: Nəhəng təyyarənin altından keçdi - VİDEO 08:42 “Bordo” müqavilə yenilədiyi məşqçini cəmi bir ay sonra qovdu! 09:01 Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08:34 Səs-küylü Harden işində gözlənilməz qərar verildi 09:17 Удар из Украины на две тысячи километров 08:29 Qara dənizdə yükdaşımalar dayanır: Dünya ərzaq böhranı təhlükəsi artır 08:19 Дождевая вода может помочь справиться с жаркой погодой 08:12 Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək 23:23 Bu tarixdə doğulanlar diqqət mərkəzində olmağı sevirlər 00:01 Hər gün yediyiniz qidalar arasında xolesterinə faydalı olanlar varmış! 23:32 Nüvə reaktorları 80 il işləyə bilər - Alimlərdən açıqlama 23:27 Saturnun peykində qəribə hadisə: Planet göydə sanki “asılıb” qalıb 23:10 Qədim Roma teatrı deyə turistləri apardı: Abidəni özü tikibmiş 23:05 Çinlilər səhranın ortasında meşə saldılar 22:48 Tramp: “Bütün dünya məhv olacaq” 00:38 Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu” 00:33 “Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış 00:13 Tramp Ukraynaya hücumlar barədə danışdı: “Bizi okean ayırır” 00:52 Ərdoğan Ər-Riyadda bu liderlərlə görüşəcək 00:05 “Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Все новости