Yerdə iqlim düşündüyümüz qədər isti olmayıb: Təhlükə isə indi başlayır - Yeni araşdırma

Yerdə iqlim düşündüyümüz qədər isti olmayıb: Təhlükə isə indi başlayır - Yeni araşdırma
20.07.2026 12:06

Yer kürəsinin iqlim sistemində yüz milyonlarla il ərzində planetin temperaturunu sabit saxlayan təbii mexanizmlər mövcud olub. Yeni araşdırma göstərir ki, qədim dövrlərdə Yer əvvəlki hesablamalarda göstərildiyi qədər isti olmayıb. Bu isə insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmənin planet üçün daha ciddi risklər yaratdığını göstərir.

TodayPress TV Azpost.info-ya istinadən bildirir ki, bu barədə Earth.com portalı məlumat yayıb.

Tədqiqat Böyük Britaniyanın Lids Universitetinin alimləri tərəfindən aparılıb. Onlar Yerin təxminən 540 milyon il əvvəl başlayan Fanerozoy dövründən bu günə qədər olan temperatur tarixini yenidən qurmaq üçün yeni ölçmə metodundan istifadə ediblər.

Əvvəlki hesablamalar yanlışdır?

Əvvəlki araşdırmalarda bəzi geoloji dövrlərdə Yerin orta temperaturunun sənaye inqilabından əvvəlki səviyyədən 20 dərəcə, bəzi daha qədim dövrlərdə isə hətta 30 dərəcə Selsi yüksək olduğu iddia edilirdi.

Bu nəticələr belə fikir formalaşdırmışdı ki, Yer kürəsi tarix boyu son dərəcə yüksək temperaturlara tab gətirə bilib.

Lakin yeni araşdırma tamamilə fərqli mənzərə ortaya qoyur.

Planeti qoruyan təbii “əyləc” işləyib

Alimlərin əldə etdiyi nəticələr göstərir ki, Yerin iqlimində temperaturun həddindən artıq dəyişməsinin qarşısını alan təbii sabitləşdirici mexanizmlər fəaliyyət göstərib.

Məhz bu mexanizmlər sayəsində planetdə həyat davam edə, canlılar təkamül edə və biosfer dəfələrlə məhv olmaq təhlükəsindən qoruna bilib.

Araşdırmaya görə, Yer tarixində qeydə alınan ən yüksək temperatur sənaye inqilabından əvvəlki dövrdən maksimum 10 dərəcə Selsi yüksək olub.

Bu göstərici yenə də indiki iqlimdən daha isti hesab edilsə də, əvvəlki hesablamalardan 10–20 dərəcə aşağıdır.

Qlobal istiləşmə görünməmiş nəticələrə səbəb ola bilər

Tədqiqatın aparıcı müəllifi, Çendu Texnologiya Universitetinin alimi Dunyuy Çjen bildirib ki, yeni metod Yerin qədim iqlim tarixini əvvəlki üsullarla müqayisədə daha dəqiq bərpa etməyə imkan verib.

Araşdırma onu da göstərir ki, Yerin uzunmüddətli iqlim həssaslığı bəzi son hesablamalarda göstərildiyindən daha aşağı ola bilər.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, təbii mexanizmlər milyonlarla il ərzində temperaturu nəzarətdə saxlasa da, insan fəaliyyəti nəticəsində baş verən sürətli qlobal istiləşmə bu tarazlığı poza bilər.

Onların fikrincə, əgər qlobal temperatur gələcəkdə 10 dərəcə Selsi artarsa, bəşəriyyət Yer tarixində indiyədək müşahidə olunmamış iqlim şəraiti ilə üzləşə bilər.

Alimlər hesab edirlər ki, bu nəticələr qlobal istiləşmənin təsirlərini azaltmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini bir daha ortaya qoyur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
21 июля 2026
Xəzər boğulan İranı necə xilas edir - Şifrələr açılır 13:40 Paşinyan Rusiyaya nifrət edirdisə, Türkiyə sərhədi boyunca gəzməyə çıxardı – Tofiq Zülfüqarovdan mübhəm işarələr 13:34 "Qəbələ" nigeriyalı futbolçu ilə anlaşdı 13:23 Türkiyə rəsmən elan etdi: S-400-ləri satır 13:05 Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu 13:02 "Bibi"dən sonra Bakı Tel-Əviv ilə necə dolanacaq? 12:54 İran ABŞ-nin strateji hərbi bazasını vurdu 12:48 Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - YENİLƏNDİ 11:45 Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq 12:40 Sabahın havası açıqlandı - Neçə dərəcə istilik olacaq? 12:27 ООН опозорила Армению — от страны потребовали отчёт из-за арестов 11:59 İlham Əliyevin Almaniyada qarşılanma mərasimi oldu - VİDEO 12:02 Almaniyanın yeni səfiri Bakıdadır - FOTOLAR 11:48 15 milyardlıq nəhəng maliyyə: Qazaxıstan Çinlə ittifaqa gedir 11:46 TƏCİLİ! Ukraynanın taxıl koridoru DAYANDI: Qlobal treyderlər çəkildi, gəmilər imtina edir 11:38 Əliyev-Ştaynmayer görüşünə hazırlıq aparılır - VİDEO 11:34 Почему не принимают продукты, привезенные для солдата? — ОФИЦИАЛЬНО 11:30 ВОЙНА ЗА ПРОЛИВЫ НА БЛИЖНЕМ ВОСТОКЕ: вслед за Ормузским закрылся и Баб-эль-Мандебский! 11:24 Xankəndidə səyyar ASAN xidmət təşkil olundu 11:22 Новая эра в истории футбола: В футуристическом городе построят первый в мире «небесный стадион»-ФОТО 11:13 Армянские семьи приняли решение: Они идут к реке Хакари с белым флагом 11:10 Prezident Belçika Kralını təbrik etdi 11:04 Məşhur müğənni klip çəkilişində gərgin anlar yaşadı 11:02 «Путин загнан в угол...» — ЖУТКОЕ ПРЕДУПРЕЖДЕНИЕ Восточному флангу НАТО 10:59 Уровень разводов достиг 53,5% от общего числа браков 10:54 Все новости