"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatdı

"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatdı
27.06.2025 17:20 Sosial

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, TABİA Groupun və “Lankaran Springs Wellness Resort” Hotelin birgə tərəfdaşlığı ilə keçirilən 4-cü “YAŞAT” düşərgəsinin 2-ci həftəsində də maraqlı və əyləncəli anlar yaşanıb.

TodayPress TV xəbər verir ki, uşaqlar parkur yarışlarında qələbə üçün mübarizə aparıblar. 

Azərbaycan Milli Güləş Yığmasının üzvü, 2 qat olimpiya mükafatçısı, 3 qat dünya çempionu, 4 qat Avropa çempionu, Avropa oyunlarının qızıl mükafatçısı Hacı Əliyevlə görüş zamanı isə iştirakçılar bu idman növünün ən maraqlı sirrlərinə yaxından bələd olublar.

"INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin “İnnovativ ideya: böyük ixtiralar balaca xəyallardan başlayır” mövzusu üzrə, “Bilim Bakı” mərkəzinin isə kompozisiya təlimində uşaqlar bacarıqlarını sınayıb və yeni biliklər əldə ediblər. 

ABAD tərəfindən ebru sənəti üzrə təşkil olunan ustad dərsi, eləcə də "Dayaq Xeyriyyə"nin “Sevgiilə” stomatoloji layihəsi  çərçivəsində “Ağız boşluğu gigiyenası” mövzusunda baş tutan təlim marağa səbəb olub.

Düşərgə çərçivəsində iştirakçılar Kənan Zamanovun və Eyvaz Cəfərovun doğum günləri də qeyd olunub.

ASAN Radio və TV-nin təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Səbinə Əsgərova  müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib.

Həftənin yekunu ilə bağlı təşkil olunan mərasimdə “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynovun iştirakı ilə uşaqlara hədiyyələr təqdim olunub. 

FOTOLAR

"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatdı — 1
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatdı — 2
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatdı — 3
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatdı — 4
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatdı — 5
"YAŞAT" düşərgəsinin ikinci həftəsi başa çatdı — 6
XƏBƏR LENTİ
15 IYUN 2026
Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Bütün Xəbərlər