Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də

Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də
26.09.2025 10:21 Sosial

"ASAN xidmət"in sədri Ülvi Mehdiyev 25 sentyabr 2025-ci il tarixində Qırğızıstan və Kolumbiyanın Azərbaycandakı səfirləri ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verilib, hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Qırğız səfiri  “ASAN xidmət” modelinin fəaliyyətinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin ölkəsində tətbiqində maraqlı olduğunu qeyd edib.

Eyni zamanda qarşı tərəf kiçik və orta ailə bizneslərinin inkişafına yönəlmiş “ABAD” təcrübəsinin öyrənilməsinin də vacibliyini vurğulayıb.

Kolumbiya səfiri ilə görüş zamanı cari ilin fevral ayında Dubay şəhərində keçirilmiş Dünya Hökumətlər Sammitində Dövlət Agentliyi ilə Kolumbiya Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumu arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunulub. Səfir öz növbəsində “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını bildirib və bu təcrübənin Kolumbiyada  tətbiqi istiqamətində həyata keçirilən əməkdaşlığın sürətləndirilməsi üçün dəstəyə hazır olduğunu qeyd edib.

Qonaqlar “ASAN xidmət” mərkəzinin,  “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

TodayPress TV

FOTOLAR

Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də — 1
Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də — 2
Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də — 3
Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də — 4
Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də — 5
Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də — 6
Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də — 7
Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də — 8
Qırğızıstanın və Kolumbiyanın səfirləri “ASAN xidmət”də — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər