Kimlərə iki dəfə çox maaş ödəniləcək? — AÇIQLANDI

Kimlərə iki dəfə çox maaş ödəniləcək? — AÇIQLANDI
15.12.2025 11:03

“Əmək Məcəlləsi”nə təklif edilən dəyişikliklər istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günlərində çalışan işçilərin əməkhaqlarının hesablanmasında daha ədalətli mexanizmin tətbiqini nəzərdə tutur. Bu dəyişikliklərə əsasən, həmin günlərdə görülən işə görə əməkhaqqı hesablanarkən artıq təkcə gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq".

TodayPress TV xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.


Deputatın sözlərinə görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsində birinci oxunuşda dəstəklənərək plenar iclasa tövsiyə edilən dəyişikliklər əməkhaqqının ödənilməsində ikiqat mexanizmin tətbiqini genişləndirir. O qeyd edib ki, vaxtamuzd əməkhaqqı sistemində bu günlərdə çalışanlara gündəlik və saatlıq tarif maaşının iki misli, işəmuzd sistemində isə ikiqat işəmuzd qiymətləri tətbiq olunacaq.

Vüqar Bayramov bildirib ki, aylıq maaş alan işçilərlə bağlı da yeni yanaşma formalaşdırılır:

“Əgər iş aylıq iş vaxtı norması çərçivəsində görülərsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən az olmayacaq. Əgər iş normadan artıq vaxtda yerinə yetirilərsə, bu halda maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödəniş həyata keçiriləcək”.

Parlamentari vurğulayıb ki, saatlıq vəzifə maaşının “Əmək Məcəlləsi”nə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması baxımından mühüm addımdır:

“Bəzi hallarda həmin günlərdə iş tam iş günü deyil, yalnız bir neçə saat davam edir. Yeni dəyişiklik bu cür hallarda hər saata görə əlavə əməkhaqqının ödənilməsinə imkan yaradacaq. Məsələn, əgər işçinin saatlıq tarifi 25 manatdırsa və o, istirahət və ya bayram günündə 3 saat işləyibsə, əvvəlki kimi 75 manat deyil, artıq ən azı 150 manat əməkhaqqı alacaq”.

Vüqar Bayramov əlavə edib ki, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunması fonunda bu dəyişikliklər maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır:

“Bu yanaşma həm işçilərin sosial rifahını yaxşılaşdıracaq, həm də əmək bazarında daha şəffaf və ədalətli mexanizmlərin formalaşmasına töhfə verəcək”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Все новости