"Əlilliyin müəyyən edilməsi mexanizmində dəyişiklik ..." – Nazir AÇIQLADI

"Əlilliyin müəyyən edilməsi mexanizmində dəyişiklik ..." – Nazir AÇIQLADI
22.04.2026 10:57

“Ötən müddət ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ən böyük islahatlara və dəyişikliklərə məruz qalan sistemlərdən biri də əlilliyin müəyyən olunması mexanizmi olub”.

TodayPress TV xəbər verir ki, bunu APA -ya və ARB24 televiziya kanalına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.

“Burada tam şəkildə şəffaflığa və sosial ədalətə, sui-istifadə olmadan prosesin həyata keçməsinə nail ola bilmişik. Bu gün hər şey elektronlaşdırılıb. Vətəndaşlar əlillik təyinatı ilə bağlı şikayət etdikdə bunun araşdırılması üçün xüsusi mexanizmlər var. Belə olduqda biz onları əyani müayinəyə dəvət edirik və bu çərçivədə qəbul edilmiş qərarları bir daha yoxlayırıq. Ötən il ərzində 55 min əlillik təyinatı həyata keçirmişik. Əlilliyi olan 140 min şəxsin reabilitasiyası üçün addımlar atmışıq. Əlilliyin müəyyən edilməsinin elektronlaşdırılması bizim əsas hədəflərimizdəndir. Bu istiqamətdə əlillik alt sisteminin təkmilləşdirilməsini, dövlət qurumlarının məlumat bazalarının interqasiyasını təmin etmişik. İslahatların ikinci mərhələsi əlillik meyarları ilə bağlı oldu. Bu meyarların tam şəkildə yenidən işlənməsini təmin etdik. Bu çərçivədə əlillik təyinatını yaradan xəstəliklərin sayını 5 dəfəyədək artıraraq 128 köhnə meyardan 617 meyara çatdırdıq. Eyni zamanda, müddətsiz əlilliyə əsas verən meyarların sayını 51-dən 286-ya çatdırdıq. Bu islahatlar çərçivəsində əlilliyin müəyyən olunması sisteminin sabitləşməsinə və bu sistemdə sosial ədalətin təmin olunmasına nail olduq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyin təyini ilə bağlı imtina alan şəxslərin hər biri ilə fərdi iş aparmağa, şikayətlərini araşdırmağa hazırdır”, – nazir vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər