İş var, işçi yoxdur: Problem niyə həllini tapmır?

İş var, işçi yoxdur: Problem niyə həllini tapmır?
06.02.2026 15:48

Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Hasil Abbasov ölkədə hazırda 60 min aktiv vakansiyanın mövcud olduğunu açıqlasa da, məzunlar arasında işsizlikdən şikayətlər hələ də qalır. 

Sosioloq Hüseyn İbrahimov TodayPress TV-yə açıqlamasında bu ziddiyyətin səbəblərinə aydınlıq gətirib.


Onun sözlərinə görə, həm Azərbaycanda, həm də dünyada yeni və müasir sahələrə tələbat sürətlə artır:

"Xüsusilə təhsil, kənd təsərrüfatı, sosial xidmətlər, texnologiya və xidmət sektorlarında yeni iş yerləri açılır. Lakin bu vakansiyalar əksər hallarda müvafiq ixtisas, texnoloji bilik və bacarıqlara malik kadrlar tələb edir. Dövlət Məşğulluq Agentliyi tərəfindən mütəmadi olaraq müxtəlif vakansiyalar elan olunur və həm paytaxtda, həm də regionlarda müəyyən sayda vətəndaş işlə təmin edilir. Xüsusilə yeni yaradılan məşğulluq mərkəzləri, müasir texnologiyalara əsaslanan iaşə və xidmət obyektləri, eləcə də müxtəlif idarələrdə açılan iş yerləri yeni bilik və çevik bacarıqlara malik gənclərə ehtiyacı ön plana çıxarır".

Ekspertin fikrincə, məzunların işsizlikdən şikayət etməsinin əsas səbəblərindən biri gözləntilərlə real imkanlar arasındakı uyğunsuzluqdur. Belə ki, bir çox gənclər əmək fəaliyyətinə başlayan kimi yüksək maaşlı və rahat iş yerləri axtarır:

"Halbuki karyera qurmaq üçün ilkin mərhələdə əsas məsələ iş təcrübəsi qazanmaq, bacarıqları inkişaf etdirmək və peşəni sevməkdir. Bu baxımdan işsizlik probleminin subyektiv tərəfləri də mövcuddur.

Digər mühüm məqam isə gənclərin sərbəst iş qrafikinə üstünlük verməsidir. Sosioloq qeyd edib ki, bir çox məzunlar klassik iş rejimi olan dövlət və ya qeyri-dövlət qurumlarında işləməkdənsə, sərbəst qrafikli işlərə, evdən çalışmağa və ya öz biznesini qurmağa daha çox meyl göstərirlər. Aparılan sosioloji araşdırmalar da göstərir ki, işsizlikdən şikayət edən gənclərin bir qismi konkret iş seçimi zamanı məhz bu variantlara üstünlük verir".

Sosioloq vurğulayıb ki, texnologiyanın sürətli inkişafı yeni iş yerlərində tələbləri də dəyişir:

"Bir çox hallarda məzunlar bu tələblərə cavab vermədikləri üçün vakansiyalarla uyğunlaşa bilmirlər. Düzdür, ali təhsil müəssisələrində karyera mərkəzləri və təcrübə proqramları mövcuddur, lakin gənclərin bir qismi sonradan bu imkanlardan tam istifadə etmir, xaricdə təhsil almağa və ya fəaliyyətlərini başqa sahələrdə qurmağa üstünlük verir. Problemin kökündə erkən peşə və karyera istiqamətləndirilməsinin zəifliyi dayanır".

Hüseyn İbrahimov qeyd edib ki, Almaniya təhsil modelində olduğu kimi, şagirdlərin bacarıq və meyilləri erkən yaşlardan müəyyən edilməli, bu proses orta məktəbin yuxarı siniflərində daha da konkretləşdirilməlidir.

Onun fikrincə, ibtidai siniflərdən başlayaraq uşaqların potensialı üzə çıxarılmalı, doqquzuncu sinfə qədər onların hansı sahəyə daha uyğun olduqları formalaşmalıdır.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Все новости