Liviya "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır

Liviya "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır
28.11.2025 15:25

24–27 noyabr 2025-ci il tarixində Liviya Dövlətinin Baş nazirin müşaviri Mohamed Abdusalamın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri, həmçinin dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verib.

Təqdimat zamanı hazırda Azərbaycanın bu intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı, data əsaslı qərar qəbuletmə mexanizmləri, xidmətlərə nəzarət və qiymətləndirilmə, insan resurslarının idarəedilməsi, könüllülük fəaliyyəti sahələrində geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb.

Regionlarda əhaliyə göstərilən xidmətlərlə tanışlıq məqsədilə nümayəndə heyətinin Şamaxı “ASAN Həyat” kompleksinə səfəri də təşkil olunub.

Həmçinin qonaqlar Bakı şəhərində yerləşən bir sıra “ASAN xidmət” mərkəzləri, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi, Səyyar ASAN xidmət, 108 Çağrı Mərkəzi və ASAN TV/Radio ilə də yaxından tanış olublar. 

Liviyalı rəsmilər “ASAN xidmət” modelinin onlarda yüksək təəssürat yaratdığını bildirib və ölkəmizin müvafiq təcrübəsinin yaxın müddətdə Liviyada tətbiqində maraqlı olduqlarını qeyd ediblər.

TodayPress TV

FOTOLAR

Liviya "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır — 1
Liviya "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır — 2
Liviya "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır — 3
Liviya "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır — 4
Liviya "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır — 5
Liviya "ASAN xidmət" modelinin tətbiqində maraqlıdır — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər