“Əmək bazarı” bülleteninin 5-ci sayı hazırlandı

“Əmək bazarı” bülleteninin 5-ci sayı hazırlandı
29.01.2026 17:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Əmək bazarı” bülleteninin 5-ci buraxılışı “Regionların məşğulluq xəritəsi” mövzusuna həsr olunub.

TodayPress TV xəbər verir kİ, bülleten regionlarda fəaliyyət göstərən işəgötürənlər və insan resursları sahəsində qərarverici mövqedə olan mütəxəssislər arasında aparılmış sorğunun nəticələri əsasında tərtib edilib.

Təqdim olunan məlumatlar regionlar üzrə məşğulluq vəziyyətinə dair ümumi mənzərəni əks etdirir, işəgötürənlərin qarşılaşdıqları əsas çətinlikləri və peşə-bacarıq ehtiyaclarını ümumiləşdirilmiş formada təqdim edir.

Bülletenin əsas məqsədi regionlarda fəaliyyət göstərən işəgötürənlərin: 

* hansı peşə qrupları üzrə işçi tapmaqda çətinlik yaşadıqlarını, 

* namizədlərlə bağlı əsas problemləri necə qiymətləndirdiklərini, 

* bacarıq, təcrübə və əmək davranışı ilə bağlı gözləntilərini müəyyən etmək və bu məlumatlar əsasında regionlar üzrə məşğulluq mənzərəsini formalaşdırmaqdır.

Onlayn formada keçirilmiş sorğuda respondentlərin 38,3%-i insan resursları üzrə rəhbər şəxs, 31,1%-i digər rəhbər vəzifəli şəxs, 30,6%-i isə rəhbər şəxs olub.  

Sorğunun nəticələri göstərir ki, regionlarda məşğulluqla bağlı əsas çağırış vakansiyaların mövcudluğundan daha çox, vakansiya tələbləri ilə mövcud namizəd profili arasında uyğunluğun zəif olmasıdır. Bülleten regionlar üzrə əmək bazarında formalaşan əsas tendensiyaları, işəgötürənlərin real ehtiyaclarını və bacarıq boşluqlarını analitik yanaşma əsasında təqdim etməklə məşğulluq sahəsində qərarların dəqiq məlumatlara əsaslanmasına töhfə verir.

Bülletenlə ətraflı şəkildə bu linkə daxil olaraq tanış ola bilərsiniz: https://dma.gov.az/storage/Emek-bazari-bulleteni-5-ci.pdf

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Все новости