Deputat: “Uzun müddətdir ki, ailəmizdə siqaret çəkən yoxdur”

Deputat: “Uzun müddətdir ki, ailəmizdə siqaret çəkən yoxdur”
15.01.2026 17:29

Türkiyədə tütün asılılığı ilə mübarizəni gücləndirmək məqsədilə açıq sahə kimi sayılan məkanlar qapalı hesab ediləcək. Nəticədə həmin məkanlarda siqaret çəkmək tamamilə qadağan olunacaq. 

Maraqlıdır, analoji qərar ölkəmizdə də qəbul oluna bilər?  

Mövzu ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bizdə bu qadağanın bir qədər başqa forması mövcuddur:

"Məsələn, qapalı məkanda siqaret çəkmək qadağandır. Eyni zamanda müəyyən yerlər var ki, orada siqaret çəkmək olar və ya qadağandır. Çox təəssüf ki, siqareti tamamilə qadağan etmək mümkün deyil. Çünki insanların bir qismi bu zərərli vərdişə bağlıdır".

Deputat əlavə edib ki, qadağa həmişə istənilən nəticəni vermir. Lakin cəmiyyətdə güclü anti-siqaret təbliğatı və əhval-ruhiyyəsi olmalıdır:

"Tanınmış şəxslər nümunə göstərməlidir. Siqaretin zərəri barəsində çoxsaylı videoçarxlar hazırlanmalı, saytlarda, qəzetlərdə və telekanallarda müvafiq verilişlər yayımlanmalıdır.

Eyni zamanda orta məktəblərdə də geniş təbliğat işi aparılmalıdır. Statistikaya görə, siqaret çəkənlərin əksəriyyəti orta məktəbin yuxarı siniflərində və ya universitetin aşağı kurslarında bu vərdişi əldə edirlər. Məsələn, nə mənim babam, nə atam, nə özüm, nə də oğlum siqaret çəkir. Bu da o deməkdir ki, bizim ailəmizdə 100 ildən artıqdır ki, siqaret vərdişi yoxdur".

Parlamentari qeyd edib ki, buna görə də orada güclü maarifləndirmə işləri aparılmalıdır ki, gənclər siqaretdən uzaq olsunlar.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Российская ракета, способная нести ядерную боеголовку, взорвалась на территории Польши 14:12 Бывший директор предстал перед судом: он обвиняется в присвоении 186 тысяч манатов 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Все новости