"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparıldı

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparıldı
12.12.2025 15:56

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Rumıniya Hökumətinin Baş Katibliyinin dəvəti əsasında bu ölkəyə səfəri davam edir.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində Rumıniya tərəfinin təşəbbüsü ilə Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib. Mirça Abrudean “ASAN xidmət” modelinin beynəlxalq səviyyədə nümunəvi təcrübə kimi tanındığını vurğulayaraq bu sahədə əldə olunan nailiyyətlərə görə Dövlət Agentliyinin sədrinə təbriklərini çatdırıb.

Həmçinin Dövlət Agentliyinin nümayəndə heyətinin iştirakı ilə Rumıniya Parlamentində “Dövlət Sektorunda İnnovasiya Forumu”nun qalibləri ilə görüş keçirilib. Görüş zamanı dövlət xidmətləri sahəsində innovativ texnologiyaların tətbiqi və bu istiqamətdə “ASAN xidmət”in uğurlu fəaliyyəti qeyd olunub. 

Səfər zamanı qarşı tərəfin təşəbbüsü əsasında Rumıniyanın Baş nazirinin müavini  Marian Neakşu ilə də görüş baş tutub. Görüş zamanı qarşı tərəfə “ASAN xidmət” modeli, onun fəaliyyət mexanizmi, vətəndaş məmnunluğuna əsaslanan xidmət prinsipləri və sosial innovasiyalar sahəsində əldə edilən nəticələr barədə ətraflı məlumat verilib.

Rumıniya Hökumətinin Baş katibi ilə keçirilmiş görüş çərçivəsində ötən il imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib və “ASAN xidmət” modelinin Rumıniyada tətbiqi istiqamətində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərə dair müzakirələr aparılıb.

TodayPress TV 

ФОТО

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparıldı — 1
"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparıldı — 2
"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı növbəti müzakirələr aparıldı — 3
ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Все новости