Yeni neft quyularında optimallaşdırma işləri aparılır

Yeni neft quyularında optimallaşdırma işləri aparılır
05.06.2025 10:54 Sənaye və energetika

SOCAR-ın “Azneft” İstehsalat Birliyi hazırda balansında olduğu bütün yataqlar üzrə yeni quyuların planlaşdırılmasında yüksək hasilat və iqtisadi səmərəliliyin artırılması üçün optimallaşdırma işləri aparır. 

TodayPress TV “Azneft”ə istinadən xəbər verir ki, yüksək maili və horizontal quyuların qazılması imkanları genişləndirilir. 

““Pirallahı” yatağında horizontal qazma və süzgəclə tamamlama sayəsində qazmadan istismara verilən quyu üzrə günəlik 2,5 dəfə hasilat artımı gözlənilir”, - məlumatda qeyd olunur. 

Qeyd edək ki, hazırda “Azneft” İB-in tərkibində “Neft Daşları”, “28 May”, N.Nərimanov adına, “Abşeronneft”, “Siyəzənneft”, “Bibiheybətneft”, Ə.C.Əmirov adına neft-qazçıxarma idarələri, Qaz Emalı Zavodu, Qaz Anbarlarının İstismarı İdarəsi, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi, Dalğıc Xidməti, Maddi Texniki Təchizat İdarəsi, 1 və 2 saylı İxtisaslaşdırılmış Neft-Mədən və Xüsusi Texnika İdarələri fəaliyyət göstərir.

01 yanvar 2024-cü il tarixinə olan məlumata görə, “Azneft” İB fəaliyyət sferasında, ümumilikdə, 21-i dənizdə, 28-i isə quruda olmaqla 49 neft və qaz yatağı mövcuddur.

Bunlardan 28-i (13-ü dənizdə, 15-i quruda) işlənmədədir.

XƏBƏR LENTİ
31 IYUL 2026
Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Səudiyyə İranı məğlub etmək üçün İraqı vurdu - YENİ SSENARİ İŞƏ DÜŞDÜ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 Bütün Xəbərlər