Regionda yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradıldı

Regionda yaşıl enerji ilə bağlı 2,2 milyard dollarlıq şirkət yaradıldı
02.04.2026 10:42

TotalEnergies və Masdar Asiyada, o cümlədən Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafı üçün 2,2 milyard ABŞ dolları dəyərində birgə müəssisə yaradıb.

TodayPress TV bu barədə Masdar şirkətinə istinadən xəbər verir ki, tərəflər Asiyanın doqquz ölkəsində – Azərbaycan, İndoneziya, Yaponiya, Qazaxıstan, Malayziya, Filippin, Sinqapur, Cənubi Koreya və Özbəkistanda quruda yerləşən bərpa olunan enerji fəaliyyətlərini birləşdirmək barədə saziş imzalayıblar.

Yeni platforma günəş, külək və enerji saxlama layihələrinin hazırlanması, tikintisi, sahibliyi və istismarı üzrə əsas mexanizm olacaq.

Birgə müəssisənin portfelinə 3 QVt həcmində istismar olunan aktivlər və 2030-cu ilə qədər istifadəyə verilməsi gözlənilən 6 QVt-lıq layihələr daxildir. Hər iki tərəf müqayisə edilə bilən dəyərdə aktivlər təqdim edəcək.

Masdarın sədri, BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əl Caber bildirib ki, Asiya bu onillikdə qlobal elektrik tələbatının əsas artım mənbəyi olacaq və tərəfdaşlıq regionda yeni imkanlar açacaq.

TotalEnergies-in baş icraçı direktoru Patrik Puyaanə isə qeyd edib ki, bu əməkdaşlıq şirkətlərə region bazarlarında daha güclü mövqe tutmağa və daha çox dəyər yaratmağa imkan verəcək.

Qeyd edək ki, birgə müəssisənin baş qərargahı Əbu-Dabidə yerləşəcək və burada hər iki şirkətdən təxminən 200 əməkdaş çalışacaq. Layihənin reallaşması tənzimləyici qurumların təsdiqindən sonra mümkün olacaq.

Bu təşəbbüs Azərbaycanın da daxil olduğu regionda bərpa olunan enerji layihələrinin genişlənməsi və artan elektrik tələbatının qarşılanması baxımından əhəmiyyətli hesab olunur.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Ukraynaya ayrılan milyardlar haradadır? "Mossad"ın keçmiş zabitinə xüsusi tapşırıq 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 В Стамбуле трамвай сошел с рельсов 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Таджикистан отвернулся от России и обратился к Ирану 14:21 Иран предупредил США: «В этот раз мы используем более мощное оружие» 13:53 Северная Корея выпустила 10 баллистических ракет в сторону Японского моря 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Новое оружие против опухолей мозга: в черепе обнаружен скрытый иммунный механизм 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Завтра в Баку будет 32 градуса тепла, в регионах — 36 градусов 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Тревожный сигнал на будущее: рост населения в Азербайджане стремительно замедляется 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Сенсация в мире астрономии: обнаружена скрытая система возрастом 12,5 миллиардов лет! 12:21 НАТО приближается к белорусской границе: в Литве строится военный городок за 40 миллионов евро 11:59 МИД Азербайджана выразило соболезнования Центральноафриканской Республике 11:58 Всплыл тайный план Трампа: Как каждую ночь перевозится 10 миллионов баррелей нефти? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Все новости