YÜKSƏK VƏZİFƏLİ məmurlar həbs olundu

YÜKSƏK VƏZİFƏLİ məmurlar həbs olundu
14.04.2026 11:14

Aliment və borc işləri üzrə vəsaitləri mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən TodayPress TV-yə verilən məlumata görə, Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İbtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Все новости