Sumqayıtda avtomobil sexi yandı - VİDEO

Sumqayıtda avtomobil sexi yandı - VİDEO
08.08.2026 14:02

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən TodayPress TV-yə bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının bir dam altında tikilmiş ümumi sahəsi 1600 kvadratmetr olan obyektlərdən avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən hissədə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazasında baş vermiş yanğın genişlənərək digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində iki boksun yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb.

Xəsarət alan olmayıb. Bitişik yerləşən digər obyektlər yanğından mühafizə olunub.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
08 августа 2026
FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi 15:31 Lionel Messinin atası vəfat etdi 15:08 Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır [[– SƏBƏB ]] 14:59 Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazanıb” 14:47 Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır 14:28 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 Sumqayıtda avtomobil sexi yandı - VİDEO 13:48 Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb” 13:25 Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Какая погода будет завтра? — ПРОГНОЗ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Никол Пашинян позвонил Президенту Ильхаму Алиеву 12:36 Министр обороны Пакистана: «Мусульманские страны должны объединиться наподобие НАТО» 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Начался выбор вакансий учителями в соответствии с их фактическим местом проживания 12:06 Пенсии выплачены 11:20 Призыв из Грузии к России: «Положите конец оккупации!» 11:24 Сильное землетрясение в Японии: Число погибших возросло 09:15 КСИР: США потерпели поражение в войне с Ираном 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 В Грузии приспущены государственные флаги 10:39 Холодная волна из Антарктиды обрушилась на Новую Зеландию 10:24 Послание Азербайджану от Пашиняна: «Мир установлен» 10:07 Пезешкиан обратился к США: «Америка должна вернуться домой!» 09:56 Все новости