STM Azərbaycanda məişət zorakılığı ilə bağlı sorğu keçirdi

STM Azərbaycanda məişət zorakılığı ilə bağlı sorğu keçirdi
23.12.2025 21:50

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanda məişət zorakılığı ilə bağlı sorğu keçirib.

Bu barədə TodayPress TV-yə Sosial Tədqiqatlar Mərkəzindən (STM) məlumat verilib.

Bildirilib ki, Azərbaycanda məişət zorakılığı ilə mübarizə uzunmüddətli dövlət siyasətinin tərkib hissəsi olsa da, bu istiqamətdə bir sıra problemlər hələ də aktualdır.

Mövzu ilə bağlı keçirilən sorğular bir sıra mühüm məqamları üzə çıxarıb:

•⁠  ⁠Zorakılığın bir sıra növləri zorakılıq kimi anlaşılmır. Respondentlər 16 bənddən ibarət müxtəlif zorakılıq növlərindən yalnız “döymək” məsələsinə birmənalı münasibət (88,8%) bildiriblər. Psixoloji və iqtisadi zorakılığı zorakılıq kimi qavrayanlar azlıq təşkil edir. Məsələn, hər dörd nəfərdən biri ailədə təhqir və hədə-qorxunu zorakılıq hesab etmir;

•⁠  ⁠Zorakılığa münasibətdə kəskin gender fərqləri mövcuddur. Boşanmış şəxslər arasında keçirilmiş sorğuda iştirak etmiş hər üç qadından biri zorakılığı boşanmaya səbəb olan amil kimi qeyd edib. Boşanmış kişilərin isə heç biri zorakılıq səbəbini göstərməyib. Kişilərin 30,2%-i zorakılığı qaçılmaz hesab edib, 32,4%-i isə zorakılığa haqq qazandırdıqlarını etiraf ediblər;


•⁠  ⁠Məişət zorakılığı ilə mübarizəni çətinləşdirən digər amil qurbanı günahlandırma tendensiyasıdır. “O nə edib ki, zorakılığa məruz qalıb?” ən çox səslənən sualdır. “Victim-blaming” kimi tanınan qurbanı günahlandırma fenomeni ümumilikdə cəmiyyət üçün səciyyəvidir;

•⁠  ⁠Ali təhsilli insanlar zorakılığa münasibətdə daha dözümsüzdürlər, qurbanı günahlandırma halına onlar arasında daha az rast gəlinir. Lakin ali təhsillilər cəmiyyətin strukturunda azlıq təşkil edən qrupdur;

•⁠  ⁠Əksər televiziya kanallarında yayımlanan filmlərdə ailədaxili aqressiv, kobud kommunikasiyanın yayımlanması zorakılığa yol açan münasibət formalarının ictimai şüurda normallaşmasına gətirib çıxarır.

"Bir tərəfdən toksik maskulinlik, digər tərəfdən isterik, emosional qeyri-sabit femininlik nümunələrinin media məzmununa həddən artıq yüklənməsi cəmiyyətin ümumi mədəni səviyyəsinə mənfi təsir göstərir", - deyə məlumatda qeyd edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 Все новости